“Təmsil etdiyim Tovuz-Gədəbəy bölgəsində İŞİD-in tərkibində, Suriyada vuruşanlar olub”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Arzu Nağıyev deyib.
Deputat bildirib ki, 286 nəfər Azərbaycana qaytarılıb: “Bunların çox hissəsi qadınlar və uşaqlardır. Bu qadınlar başqa insanlarla nikaha daxil olmağa məcbur qalırlar. Mən bilmək istəyirəm ki, bunların gələcəyi üçün hansı işlər görüləcək?”