Sağlamlıq imkanları məhdud olan uşaqlar orta məktəblərdə necə təhsil alacaqlar? YENİ QANUN

Cəmiyyət 17:28 06.05.2022
Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisdə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlara dəyişiklik edilib. Yeni qəbul edilmiş dəyişikliyə əsasən sağlamlıq imkanları məhdud olanlar sağlam şəxslərlə birgə təhsil alacaq.
 
Dəyişiklikdə təhsil müəssisəsinin tipləri və növləri konkretləşdirilməklə hər iki qanunun normaları bir-birinə uyğunlaşdırılaraq sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılmaqla onların cəmiyyətə uyğunlaşması istiqamətində sağlam şəxslərlə birgə təhsil almaqları üçün xüsusi şəraitin yaradılması nəzərdə tutulur.
 
Məsələ ilə bağlı Ednews-a danışan Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə sağlamlıq imkanları məhdud olan şəxslərin təhsilə cəlb olunması beynəlxalq səviyyədə qəbul olunmuş bir haldır. 
 
 
 
“Bu, BMT tərəfindən “2030-cu ilə qədər təhsilsiz insan qalmamalıdır” devizi altında prioritet kimi irəli sürülüb. Ölkəmizdə də bununla bağlı proqram var. Artıq neçə ildir sağlamlıq imkanları məhdud olan şəxslərlə bağlı işlər aparılır. Onların təhsilə cəlb olunması demək olar ki, birbaşa dövlət başçısının diqqət mərkəzindədir. Bununla bağlı Heydər Əliyev Fondu tərəfindən də müvafiq layihələr həyata keçirilir, onlar ən azı evdə təhsilə cəlb olunurlar. Amma Milli Məclis tərəfindən qəbul edilmiş qanun layihəsi əsasında artıq sağlamlıq imkanları məhdud şəxslərin müvafiq olaraq sağlamlıq imkanları məhdud olmayan şəxslərlə təhsil almasına imkan yaradılacaq”.
 
Ekspert bildirib ki, bunun üçün xüsusi olaraq müvafiq kateqoriyalar müəyyənləşəcək və bu kateqoriyalar üzrə təhsil mümkün olacaq. 
 
“Məsələn, nitq və yaxud da eşitmə qüsurlu uşaqlarla digərlərinin eyni zamanda dərslərin tədrisi mümkün deyil. Onlar üçün dərslər ayrı bir formatda təşkil olunacaq, xüsusi təlim və öyrətmə metodları olacaq. Eyni məktəbdə dərs alsalar da, ayrıca auditoriyalar yaradıla bilər. Lakin auditoriyada digərlərilə birgə olmaları düzgün deyil, çünki onların təlim metodları tamam fərqlidir. Həmçinin yerimə qüsurlu şəxslər üçün davamlı xüsusi araba vasitəsilə hərəkət etmək imkanı yaradılacaq. Eyni zamanda yazmaq imkanı olmayan, amma dinləyə bilən şəxslər üçün digərləri ilə birgə təhsil ala bilmək imkanı yaradılacaq. 
 
Amma ümumi götürsək, bu, həmin şəxslərin cəmiyyətdən təcrid olunmamaları və yaxud onların təhsilə cəlb olunmaları, gələcəkdə müvafiq olaraq aidiyyatı üzrə iş imkanları baxımdan çox mütərəqqi bir qərardır”. 
 
Sosioloq Əhməd Qəşəmoğlu açıqlamasında qeyd edib ki, bununla bağlı dünyada artıq təcrübə var.  
 
 
“Sağlamlıq imkanları məhdud olanların təcrid olunmuş şəkildə psixoloji formalaşması sonra həm özləri, həm də cəmiyyət üçün çətin olur. Lakin birgə təhsil almaları üçün əvvəlcə sağlam uşaqların özünü hazırlamaq lazımdır ki, sağlamlıq imkanları məhdud olan uşaqlara lağ etməsinlər.
 
Bəzən bir az ayağını çəkən və ağır eşidən uşaqları lağ obyektinə çevirirlər. Ona görə televiziyalarımızda, sosial şəbəkələrdə bu istiqamətdə böyük sosial iş aparılmasına ehtiyac var ki, başqalarına bu sahədə irad tutmaq həm dini, həm də humanizm baxımdan neqativ haldır. Müəllimlərin özü ilə sosial iş aparmaq tələb olunur, onların çoxu buna hazır deyil. Bizim müəllimlər son onilliklərin yetişdirdiyi müəllimlərdir. Pedoqoji təhsil müəssislərində xeyli problem var, bu kadrlar arzuolunan səviyyədə hazırlanmayıb. Elə etmək lazımdır ki, həmin uşaqlar məktəb mühitində yadlıq hiss etməsinlər, əksinə digər uşaqlar öz aralarında yarışsınlar ki, kim daha çox onlara yardım edir. İdeya yaxşıdır, amma hazırlıq işlərinə çox ehtiyac var”.
 
Psixoloq Fərqanə Mehmanqızı isə bu qərara görə çox sevindiyini bildirib.
 
 
“Bu layihə həyata keçsə, həm sağlamlıq imkanları məhdud olan, həm də sağlam uşaqlarda çox yaxşı effekt olacaq. Uşaqların psixologiyasının adaptasiyası, həyata, sosial mühitə adaptasiyası çox yaxşı olacaq. Biz artıq uşaqları fiziki məhdudiyyətə görə ayırmayacağıq, onları sosial cəmiyyətdə tutduğu mövqeyə görə qiymətləndirməli olacağıq. Bu isə uşaqların daha məsuliyyətli, daha özlərinə və sosial cəmiyyətə cavabdeh olaraq yetişdirilməsinə gətirib çıxaracaq, qayğı, empatiya hissi daha çox olacaq”. 
 
Ekspert bildirib ki, buna görə də psixoloqların üzərinə düşən məsuliyyəti anlayıb məktəb psixoloqlarının sayı artırılmalıdır.
 
“Bir psixoloqun 2 min uşaqla çalışması alınmır. İndi buna daha ciddi yanaşılmalıdır. Həmçinin indiki dövrdə məktəblərdə bullinq halları artıb. Bu səbəbdən psixoloqların üzərinə çox böyük məsuliyyət düşür. Fiziki və psixoloji təzyiqin qarşısının alınması üçün psixoloqlar ciddi şəkildə müəllimlərlə, valideynlərlə əlbir işləməlidirlər. Elə olmasa, bu alınmayacaq və daha da faciəyə gətirib çıxaracaq”.
 
Gülnar Səlimova
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Hamısı