BAMF-da 51 tələbəyə təlim keçirildi - FOTOLAR - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

BAMF-da 51 tələbəyə təlim keçirildi - FOTOLAR

Cəmiyyət A- A A+
«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlimlər uğurla davam etdirilir. Bu dəfə Azərbaycan Dövlət Pedoqoji Universiteti və Bakı Slavyan Universitetinin tələbələri, eyni zamanda layihə çərçivəsində keçirilən təlimlərə könüllü qoşulmaq istəyən tələbələr üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mərkəzi ofisində təlimlər təşkil olunub.
 
Ednews xəbər verir ki, BAMF-da, bir sıra beynəlxalq layihələrin müəllifi, Fondun Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyevin təqdimatında “Layihələrin yazılması və idarə olunması”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azİntelecom MMC-nin İnformasiya Təhlükəsizliyinin Təşkili Şöbəsinin mütəxəssisi Zülfiyyə Nəsirli, eyni zamanda Müvafiq qurumun Kibertəhlükəsizlik Şöbəsinin müdiri Elşən İsmayılovun təqdimatında “Rəqəmsal bacarıqların inkişafı.Kibertəhlükəsizlik” mövzuları istiqamətində təlimlər keçilib.
 
Tələbələr layihə sənədinin formalaşdırılması, büdcə planlaması, yerli və beynəlxalq layihələrin yazılma qaydaları, layihələrin düzgün idarə olunması və zamanın düzgün bölüşdürülməsi, icra planı, layihənin qiymətləndirilmə meyarları və hesabatlılıq, icra prossesində yarana biləcək risklər və onların idarə edilməsi istiqamətində təlimatlandırıldılar. Eyni zamanda, onlara informasiya təhlükəsizliyi istiqamətində atmalı olduqları vacib addımlar ən sadə üsullarla öyrədilib. İKT sektorunda rəqəmsal istedadlara çox böyük tələbat olduğu söylənilib. İşəgötürənlərin ehtiyac duyduğu rəqəmsal bacarıqlar və tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurumun aradan qaldırılması istiqamətində bütün sahələrdən olan mütəxəssislərin, hətta ali təhsili olmayanların belə rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyi, eləcə də bu istiqamətdə nə edəcəkləri ilə bağlı təlimat verilib. Bütün dünyanın probleminə çevrilən kibertəhükəsizliyin vacibliyi, kiber mühitdə özünümüdafiənin yolları təlimdə əsas prioritetlərdən olub. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, məlumatlılıqlarının inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.
 
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş "Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi "Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı"adlı layihənin icrası davam etdirilir.
 
Layihə çərçivəsində Gəncə Dövlət, Sumqayıt Dövlət, Bakı Dövlət, Bakı Slavyan Universitetləri, eləcə də Azərbaycan Dövlət Pedoqoji və Azərbaycan Dövlət Aqrar Universitetlərindən 299 tələbə olmaqla 22 təlim keçirilib.

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...