Jurnalist Aytən Məmmədovadan izahat alınıb.
Ednews-un xəbərinə görə, polis hadisə ilə bağlı jurnalist Aytən Məmmədovadan evində izahat alıb.
***
Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.
Ednews xəbər verir ki, hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.
Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı məlumat daxil olub və araşdırmalara başlanılıb.
Xatırladaq ki, Aytən Məmmədova son vaxtlar əsasən Tovuzda baş verən "Nərmin cinayəti" ilə bağlı keçirilən məhkəmə proseslərindən yazıb. Bir müddət əvvəl həmin hadisələrlə bağlı evinə zəng edilərək yazmaması barədə xəbərdarlıq edilmişdi.