“Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə aprel ayında 16 nəfər ilanvurması ilə bağlı müraciət edib”.
Bu barədə Ednews-a 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Onun sözlərinə görə, havaların qızması və yaz aylarında ilanların aktivləşməsi ilansancma hallarını çoxaldır. Azər Maqsudov həmçinin xəstələrin vəziyyətindən də danışıb.
“Bir nəfərdən başqa hər biri sağalaraq evə buraxılıb. Həmin xəstənin vəziyyəti isə orta ağır olaraq qeydə alınıb. Onu da qeyd edim ki, xəstələr əsasən gürzə ilanının vurması səbəbindən xəstəxanaya yerləşdirilib".
Ləman Abbaslı