Türkandakı ilanlarla bağlı DƏHŞƏTLİ GÖRÜNTÜLƏR Zoologiya İnstitutu dərhal hərəkətə keçməlidir

Cəmiyyət 13:30 11.05.2022

Xəzər rayonunda dəniz kənarında ilanların yuva salması barədə yayılan  kadrlar görənləri dəhşətə gətirib.

Görüntülər Türkan qəsəbəsində sahildə qayalıqlarda qeydə alınıb. Görüntüdə ilanların toplu şəkildə ərazini zəbt etdiyi əks olunub. Bu isə ərazidə yaşayan və yay mövsümü ilə bağlı Türkan bağlarına istirahətə gələn şəhər şakinlərinin təşvişinə səbəb olub.

Xatırladaq ki, aprel-may ayları ilanların aktivləşərək yuvalarını tərk edən zamanıdır. Mütəxəssislər iddia edir ki, bunun əsas səbəbi sürünənlərin qida axtarışına çıxması ilə əlaqədardır.

Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşı Səbinə Bünyatova Ednews-a ilanların daha çox Bakı ətrafı ərazilərdə peyda olduqlarını qeyd edib. 

“Bakı şəhərində ilanlara rast gəlmək normaldır, bu əsasən şəhərkənarı ərazilərdə çoxluq təşkil edir, çünki orada yaşayış yeni qurulub. Bu ərazilərdə əsasən su ilanı, qızıl ilan, kələz ilanı, təlxələr olur. Hətta sakinlər arasında gürzə görənlər də olub. Əsasən bağ evləri, yaşıllıq zonası ilə zəngin olan yerlərdə ilanlara daha çox rast gəlinir. Belə ki, bu yerlər həm qida, həm də sığınacaq baxımından sürünənlər üçün əlverişli hesab edilir”.

Bəs həyətyanı yerlərdə ilanla qarşılaşan şəxs öncə nə etməlidir? 

“İnsanlar həyətlərində ilan gördükdə mümkünsə şəklini çəkib mütəxəssisə müraciət etsinlər. Mütəxəssis fotoya əsasən ilanın növünü və zəhərli olub olmamasını təyin edəcək. Daha sonra mütəxəssislər ilanı evdən uzaqlaşdırmağın yolları haqda ev sahibinə məlumat verəcək”,- deyə S. Bünyatova qeyd edib.

Mütəxəssis sakinləri ilanı gördüyü anda yaralama, bəzi hallarda isə öldürmə faktına da aydınlıq gətirib.

“Çox insan ilanı görən kimi ya öldürür ya da yaralayır. Onu da qeyd edim ki, həyətyanı ərazilər təmiz saxlanmalı, gəmiriciləri tələ quraraq uzaqlaşdırmaq lazımdır. Bu həm onların yuvası, həm də yemi üçün zəmindir. Belə olan halda ilanlar da evlərdən uzaq olur”. 

Getdikcə havanın isinməsi insanların bayırda daha çox vaxt keçirməyinə zəmin yaradır. Adətən belə havalarda ölkəmizdə ilan və digər zəhərli həşəratların insanları sancması hallarının sayı artır. 

Baş toksikoloq Azər Maqsudov belə hallarda xəstəyə ilkin tibbi yardımın göstərilməsi barədə Ednews-a danışıb.

“İlansancma halları əsasən aşağı ətraflarda olur. Bu zaman həmin şəxsi hərəkətsiz saxlamaq, dişlənən yeri kəsmək və nə isə sürtmək olmaz. Bəzən qatıq, süd, sarımsaq sürtürlər ki, zəhər bədənə getməsin. Amma bu, qəti qadağandır, çünki bununla insanlar müalicəni çətinləşdirə, hətta vaxtını uzada bilərlər.

Odur ki, yalnız və yalnız dişlənən yerə  buz qoymaq lazımdır. Bundan sonra xəstə dərhal yaxınlıqdakı xəstəxanaya çatdırılmalıdır. Sonrakı proseslər həkimin nəzarəti altında olmalıdır”. 

Azər Maqsudov qeyd edib ki, ilanların daha çox yayıldığı bu aylarda toksikologiya mərkəzi gücləndirilmiş iş rejiminə keçib. 

“Kütləvi yayılmanı nəzərə alaraq mərkəzimiz lazım olan tibbi ləvazimatlar, zəhərə qarşı zərdabla təmin olunub, əlavə təcili tibbi yardım maşınları cəlb edilib.

Ləman Abbaslı

 


İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində qalacaq
14:56 09.05.2024
Hamısı