Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək - ednews.net

7 İyul, Cümə axşamı

(+994 50) 229-39-11

Nazir İnam Kərimov Qusarda vətəndaşları qəbul edəcək

Cəmiyyət A- A A+

Kənd təsərrüfatı naziri İnam Kərimov mayın 14-də, saat 09:00-da Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Ednews-a bildiriblər ki, vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2357767) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...