Ölkəyə gətirilən bibər toxumunda virus aşkarlandı - ednews.net

28 May, Şənbə

(+994 50) 229-39-11

Ölkəyə gətirilən bibər toxumunda virus aşkarlandı

Cəmiyyət A- A A+
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri (AQTA) Niderland Krallığından ölkəmizə idxal olunan, “Monsanto Hollan BV” şirkətinə məxsus bibər toxumuna keçirdiyi baxış zamanı götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar edilib. 
 
AQTA-dan Ednews-a verilən məlumata görə, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 
 
14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib. Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib. 
 
Qeyd edək ki, viruslarla sirayətlənmiş toxumların ölkədə əkinçilikdə istifadəsi məhsulların, bitkilərin viruslara yoluxması ilə nəticələnə bilər.
 
AQTA bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin ölkəyə gətirdikləri toxumların bitki mənşəli viruslardan və zərərvericilərdən azad olunmasına ciddi nəzarət etmələrini tövsiyə edir. Bu kimi hallara qarşı ciddi tədbirlər görüləcək. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...