Mayın 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikasının Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Departamentinin rəisi general-leytenant Serik İztleuovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidməti yayıb.
Mənbə qeyd edir ki, qonaqları salamlayan general-polkovnik K.Vəliyev iki dövlətinin orduları arasında hərbi əməkdaşlığın möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-leytenant S.İztleuov hərbi əməkdaşlıq sahəsində təcrübə mübadiləsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər müzakirə edilib.