“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında qadınların arıqlamaq üçün narkotikdən istifadə etdiklərini bildirib. Məsələ ictimaiyyat arasında böyük müzakirələrə səbəb olub.
Narkomaniya üzrə ekspert Emil Maqalov Ednews-a açıqlaması zamanı Mehriban Zeynalovanın dediklərini təsdiqləyib.
“Hətta ilk dəfə narkotik qadınlara gözəllik salonlarında təklif olunub. Bəzi qadınlar da bunun nə olduğunu bilmədən dərman kimi istifadə edib. Onlar inanırlar ki, həqiqətən narkotik vasitələr adamı arıqladır. Necə ki, xərçəng, vərəm xəstəliyi olanların hansısa orqanı sıradan çıxır, düzgün işləmir, ölümlə nəticələnir. Narkotikdə də belədir. İnsanı öldürə-öldürə arıqladır. Qadınlar da bilməməzlikdən qəbul edir ki, arıqlasınlar”.
Ləman Abbaslı