İşğaldan azad olunan Ağdamın Baş Qərvənd kəndinin ərazisində mina partlaması nəticəsində ağır xəsarətlər alan Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşı Süleyman Heydərovun vəziyyəti ağır qiymətləndirilir.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, onun sağ qolu partlayış baş verən ərazidə amputasiya olunub.
Bildirilir ki, o, hər iki gözünü itirib. Bundan başqa, S.Heydərovun bədən və üz nahiyələrində də xəsarətlər var.
O, hazırda Ağcabədi rayonundakı Hərbi Hospitalda əməliyyat olunur.