Bakıda keçiriləcək Formula-1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, Neftçilər prospektində trekin ərazisinə daxil olan hissədə nəqliyyatın hərəkəti bərpa olunub.
Ednews xəbər verir ki, Bakı Şəhər Halqasından verilən məlumata görə, saat 04:00-dan etibarən nəqliyyatın gediş-gəlişində heç bir problem yoxdur.
Qeyd edək ki, təqvimə əsasən, Formula 1 üzrə Azərbaycan Qran Prisi 2022-ci il iyunun 12-si baş tutacaq.