Hərbiçimiz yol qəzasında öldü - ednews.net

27 İyun, Bazar ertəsi

(+994 50) 229-39-11

Hərbiçimiz yol qəzasında öldü

Cəmiyyət A- A A+

Azərbaycan Ordusunun hərbi qulluqçusu yol qəzasında həyatını itirib.

Ednews xəbər verir ki, hadisə Füzuli rayonu Qayıdış 1 qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, həmin ərazidə “Hyundai” və “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə Azərbaycan Ordusunun baş giziri Zahid Səlimov hadisə yerində dünyasını dəyişib, 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncamla Z.Səlimov “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilib. O, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə medala layiq görülüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...