Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, mayın 14-də saat 22 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Şəmkir rayon sakini E.Novruzov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Gəncə şəhər sakini Azər Allahverdiyevi vurub. Nəticədə ağır xəsarətlərlə piyadanı xəstəxanaya çatdırmaq istəyərkən o yolda keçinib.
İlkin araşdırma nəticəsində E.Novruzovun avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilib.
Hadisə yerindən qaçan E.Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb.
Göygöl RPŞ-də araşdırma aparılır.
Qeyd edək ki, hadisədə həyatını itirən Azər Əvəz oğlu Allahverdiyev əslən Xocalıdandır.