Əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkə hesabındakı tənqid edilən paylaşımına münasibət bildirib.
Ednews Teleqraf.com-a istinadən xəbər verir ki, Bəhram Bağırzadə açıqlamasında həmin şəxsə kömək etdiyini bildirib: “Özü çəkilişə razı idi, çəkiliş etdim və hallalığını alıb paylaşdım. Həmin şəxs məhəllə adamıdır və hər axşam kömək edirəm. Videonu şişirtdilər və bəzi insanlar nəsə axtarırlar. Bu, mənim “TikTok” platformasında layihəmdir”.
***
Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkə hesabındakı son paylaşımı etirazla qarşılanıb.
Ednews xəbər verir ki, o, küçədə duran bir şəxsə “camaata məsləhətin nədir” sualı ilə yaxınlaşıb.
Həmin şəxsin çəkilişə icazə verməməsinə baxmayaraq, Bağırzadə onun sözlərinə məhəl qoymayıb, çəkilişinə davam edib və üstəlik həmin görüntüləri instaqram səhifəsində paylaşıb.
Əməkdar artistin bu hərəkəti kəskin tənqid olunub. Yazılan saysız-hesabsız tənqidi şərhlərdən sonra B. Bağırzadə sözügedən paylaşımı silməli olub.
Məsələ ilə bağlı Əməkdar artistlə əlaqə saxlanılsa da, cavab almaq mümkün olmayıb.
B. Bağırzadə həmin şəxsin üzünü açıq paylaşsa da, biz etik qaydaları nəzərə alaraq, onu üzübağlı təqdim edirik: