Şamaxı şəhəri 2022-ci il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib.
Ednews xəbər verir ki, bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.
Xatırladaq ki, bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.
Tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-in baş katibi Bağdad Amrayev iştirak edir.