Baş direktor İTV-nin efirində olacaq yeniliklərdən danışdı - ednews.net

1 İyul, Cümə

(+994 50) 229-39-11

Baş direktor İTV-nin efirində olacaq yeniliklərdən danışdı

Cəmiyyət A- A A+
İTV bu il noyabr-dekabr aylarında Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatını canlı yayımlanacaq.
 
Ednews xəbər verir ki, bunu İTV-nin baş direktoru Balakişi Qasımov APA-ya açıqlamasında deyib.
 
O bildirib ki, detektiv janrda iki maraqlı serialın çəkilişi aparılır. “Əminəm ki, bu seriallar bazarda çevriliş yaradacaq. Yeni mövsümdən bu serialların da yayımı həyata keçiriləcək”.
 
Balakişi Qasımov “Maska” şounun da İTV-də yayımlanacağını vurğulayıb:
 
“Biz hər il izləyicilərə beynəlxalq lisenziyalı layihə təqdim etməyə çalışırıq. “Maska” şou layihəsinin təqdimatı olacaq. Planlaşdırırıq ki, şou yanvar ayından efirdə olsun”.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...