Türk Aviasiya və Kosmos Sənayesi 26-29 may tarixlərində Bakı Kristal Zalında ilk dəfə keçiriləcək TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalında Milli Döyüş Təyyarəsinin (MMU) virtual reallıq simulyatoru, HÜRKUŞ və GÖKBEY ilə iştirak edəcək.
Ednews xəbər verir ki, bu barədə Türkiyə səfirliyi məlumat yayıb.
Bildirilib ki, MMU virtual reallıq simulyatorunun ilk dəfə yer alacağı festivalda ziyarətçilər VR texnologiyası ilə MMU ilə virtual olaraq uçmaq imkanı əldə edəcəklər.