Azərbaycan Türkiyədə işgüzar turizm imkanlarını nümayiş etdirir - FOTOLAR - ednews.net

6 İyul, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan Türkiyədə işgüzar turizm imkanlarını nümayiş etdirir - FOTOLAR

Cəmiyyət A- A A+
Azərbaycanın işgüzar turizm imkanları bu gün Türkiyənin İstanbul şəhərində işə başlamış və 3 gün davam edəcək “ACE of MICE” beynəlxalq turizm sərgisində nümayiş etdirilir.
 
Bu barədə Ednews-a Dövlət Turizm Agentliyindən bildirilib.
 
Məlumata görə, "Türk Hava Yolları" şirkətinin "İstanbul Konqres Mərkəzi"ndə təşkil etdiyi sərgidə ölkəmizi Agentliyin təşkilatçılığı ilə turizm agentlikləri, hotellər, Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC, "Heydər Əliyev Mərkəzi" və “Azərbaycan Hava Yolları” QSC daxil olmaqla 13 təşkilat təmsil edir.
 
Görüşlərdə beynəlxalq tədbirlərin və biznes görüşlərin keçirilməsi üçün geniş və müasir imkanlara malik "Bakı Konqres Mərkəzi", "Heydər Əliyev Mərkəzi" və "Bakı Ekspo Mərkəzi" kimi beynəlxalq səviyyəli məkanlar haqqında məlumatlar diqqətə çatdırılır.
 
“ACE of MICE” sərgisində maraqlı tərəflərlə, həmçinin Bakı şəhəri və regionlarda yerləşən orta və irimiqyaslı işgüzar tədbirlər keçirmək imkanına malik turizm infrastrukturları və hotellər, o cümlədən Qarabağın turizm potensialı haqqında məlumatlar bölüşülür.
1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...