Vətəndaşlar “Azərbaycan Hava Yolları” QSC-nin rəsmi saytı Azal.az-da bilet məlumatı ala bilmədikləri barədə sosial şəbəkələrdə şikayət ediblər.
Məsələ ilə bağlı AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Ednews-a açıqlamasında bildirib ki, aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.
“Hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir. Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq. Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”.
Gülnar Səlimova