Ölümü ilə bir gündə yüz yaş böyüyən qəhrəman Bu gün şəhid operator Sirac Abışovun ANIM GÜNÜDÜR!

Cəmiyyət 13:30 04.06.2022

1989-cu il avqustun 29-da Qubadlıda anadan olan Sirac, I Qarabağ müharibəsi zamanı dörd yaşında ailəsi ilə birlikdə evlərindən didərgin düşür. Sumqayıt şəhərinə köçən Sirac Abışov 2019-cu ildən AzTV-də operator kimi çalışmağa başlayır. 2021-ci il 4 iyunda isə o,  Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında baş verən partlayış zamanı şəhid olur.

İnsanlar var onlar dünyalarını dəyişəndə onlar üçün eldən getdi, deyirlər. Sirac da məhz bu oğullardan idi. Həmin gün o qəhrəmanlar, əbədi olaraq hər bir azərbaycanlının ürəyinə köç etdi.

Sirac və Məhərrəm...

Siracın qardaşı Şirzad onsuz keçən 1 ili ağrı, acı ilə xatırlayır. Şirzad bildirir ki, onsuz həyat necəsə davam edir, yaşayıram, yaşayırıq. Lakin...

“Siracın yoxluğunun yaratdığı o böyük boşluq kaş ki, olmayaydı, o heç vaxt dolmayacaq... Sirac ona deyilən sözlərin haqqını sonuna qədər vermiş bir adam idi. Dünyasını dəyişən insanların arxası ilə daim yaxşı sözlər danışırlar layiq oldu, olmadı, amma Sirac doğrudan da deyilən sözlərin, hamısına layiq idi. Hərdən fikirləşirəm ki, kaş belə olmazdı amma sonra deyirəm yox, deməməliyəm, onun ucaldığı məqamla təsəlli tapırıq. Siracla aramda bir yaş fərq olmasına baxmayaraq, o, hər zaman bir yaşın subardinasiyasını qoruyub, istər məclisdə, istər qonşuluqda, istər ailədə onu olduğu kimi, indi deyilən təriflərə layiq tanıyırlar”. 

Sirac, qardaşına tək qardaş deyildi. O, dost, sirr yoldaşı idi Şirzada. Qardaşından danışmaq onun üçün həm qürurlu idi, həm də çətin. Şəhidlik hər kəsə nəsib olmur deyirlər, amma Şirzad Abışov deyir ki, şəhidlik bizim üçün yad anlayış deyil. 

“Bizim ailəmizdə şəhidlik institutu var. İkinci Dünya müharibəsi illərində, I Qarabağ müharibəsində də doğmalarımızı itirmişik. Bu hadisələr, hisslər bizə yad deyil. Dayımızın vaxtsız şəhid olmasına görə anamın vaxtsız ağaran saçları, kədərli göz yaşları bizi biixtiyar vətənpərvər böyüdüb. Ona görə də Siracın Vətənə, torpağa qarşı sevgisi onu sanki şəhidliyə cəlb edirdi...Kaş, Siracın Qubadlının işğaldan azad olunduğu günü yaşadığı anları, keçirdiyi hissləri lentə ala bilərdik. Onun o hissləri Sirac haqqında deyiləcək hər şeyə, soruşulacaq hər suala cavabdır”. 

Sirac işğaldan azad olunan yerləri qarış-qarış gəzib, erməni vandallığını dünyaya çatdıran jurnalist idi. Ezam ediləcəyi vaxtın bitməsinə 20-25 gün qalmışdı. Mütəmadi evlə əlaqə saxlayan Siracın sonuncu danışığı şəhid olduğu gün səhər saat 9 da olur. Son sözləri,- “Məndən narahat olmayın. Hər şey qaydasındadır, az qalıb” olur. Nə bilərdi ki, vaxtın azlığı işlərinin bitməsi yox, taleyinin sonu demək imiş. Onu Çingiz Mustafayevlə təkcə taleh yolu bağlamadı. Hər iki qəhrəmanın ortaq niyyətləri həqiqətləri çəkmək, göstərmək idi. 

“Yadımdadır, Siracla uşaqlıqda Qarabağla bağlı filmlər izləyirdik. Bizə o qədər maraqlı gəlirdi ki...Əsas da ANS kanalında gedən Çingiz Mustafayevin çıxışlarına, sujetlərinə baxırdıq. Sirac da bir yerdən balaca taxta parçası götürər, çiyninə qoyub özünü Çingizə bənzədərdi. Onda heç bilmirdik ki, Siracla,Çüngiz Mustafayevin doğum günləri eynidir. Sonra Sirac böyüdü uşaqlıqda yaranan balaca qığılcım onu bu işə bir növ Çingiz Mustafayevin yolunu davam etdirməyə sövq etdi. Şəhid olduqdan sonra baxdım ki, eyni ayda da şəhid olublar. Bu bir qismətdir”.

O, sanki uşaqlıqdan hiss edirdi. Nə bilərdi ki, yerdən götürdüyü taxta parçası bir gün həqiqətə çevrilər. Necə ki, Çingizin kamerası sönmədi, çəkdi, göstərdi elə də həmkarımız Siracın gözü ilə o yerləri gördük və sevdik.

Allah sənə rəhmət etsin, Sirac. Şirzadın da dediyi kimi yaratdığın o böyük boşluq kaş ki, olmayaydı, çünki o heç vaxt dolmayacaq...

Yaxşı ki, yolun bu dünyadan  keçdi…

 

Ləman Abbaslı

İkinci Dünya Müharibə veteranın təbriki - VİDEO

Xəbər xətti

İkinci Dünya Müharibə veteranın təbriki - VİDEO
12:16 09.05.2024
“İrana qarşı müharibə başladıla bilər...” – Türkiyəli Politoloq
12:00 09.05.2024
Moskvada Qələbə paradı keçirilir
Moskvada Qələbə paradı keçirilir
11:50 09.05.2024
Bu mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək – SİYAHI
11:35 09.05.2024
Bəzi ərazilərə yağış, Şahdağa qar yağıb - Faktiki hava
11:30 09.05.2024
Bu şəxslərə 2000 manat ÖDƏNİLDİ – RƏSMİ
11:15 09.05.2024
İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edib
11:01 09.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Həzi Aslanovun məzarını ziyarət ediblər
10:45 09.05.2024
Onlayn alış-verişlə bağlı dələduzluq edən 21 yaşlı gənc SAXLANILDI
10:30 09.05.2024
Bayden ABŞ-ın İraq və Əfqanıstanla bağlı səhvlərini ETİRAF ETDİ
10:15 09.05.2024
İkinci Dünya Müharibəsinin iştirakçısı: "Sevincimdən özümü ikinci mərtəbədən atdım" - MÜSAHİBƏ
10:00 09.05.2024
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
ABŞ-dan Çinə növbəti ZƏRBƏ – “ChatGPT”yə giriş MƏHDUDLAŞDIRILACAQ
09:45 09.05.2024
Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Hamısı