"Abşeron yarımadasında və sahilyanı ərazidə yerləşən çimərliklərin monitorinqi aparılıb".
Ednews xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov "Çimərlikdə dəniz suyunun monitorinqi" mövzusunda danışarkən deyib.
O bildirib ki, monitorinqlər Bakı şəhərində yerləşən 7 rayonu əhatə edib:
"Eyni zamanda respublikanın cənub və şimal zonalarında və Sumqayıtda da monitorinqlər həyata keçirilib. Əsasən çimərlik ərazisində dəniz suyunun 3 nöqtəsindən - mərkəzi, sağ və sol - nümunə götürülüb. Bağırsaq çöplərinin miqdarı müəyyən olunur. Bu standartdan yuxarı olursa, insanlarda xəstələnmə hallarına səbəb ola bilər. Çirklənməyə əsas səbəb məişət-çirkab suları heç bir təmizləmə aparılmadan dənizə buraxılmasıdır".
Şöbə müdiri deyib ki, iyunun 10-15-də monitorinqlərin nəticələri barədə geniş məlumat veriləcək:
"Hazırda tədqiqatlar davam etdirilir. Qısa müddət ərzində yekunlaşmalıdır. Hələlik hansı ərazilərin çimmək üçün yararlı olması hələlik məlum deyil".