“Naməlum qüvvələr” tərəfindən hasarlanan Buzovna çimərliyi, bir-birini günahlandıran iki qurum Kimdir günahkar?...

Cəmiyyət 14:30 09.06.2022
Çimərlik mövsümünün başlaması ilə yenidən Xəzər sahili ərazilərin hasarlanması problemi aktuallaşıb. Yayın qızmarında dəniz kənarında dincəlmək imkanından məhrum olan insanlar bu dəfə Buzovna çimərliyində sahilin kilometrlərlə dəmir hasara alınmasından şikayətlənib. 
 
Çimərliyin dəmirlə hasarlanması insanların böyük problemlə üzləşməsinə səbəb olub. Beləki, çimərliyə daxil olmaq üçün vətəndaşlar 1-2 kilometr yol qət etməlidirlər. 
 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən Ednews-a verilən açıqlamada həmin ərazinin Xəzər rayon İcra Hakimiyyətinin səlahiyyətində olduğu bildirilib. Xəzər rayon İcra Hakimiyyəti isə məsələ ilə bağlı məlumatlı olduqlarını desələr də, onların cavabları müəmmalı qalır. Çünki qurum bildirir ki, həmin ərazinin hasara alınması üçün icazə verilməyib. 
 
İcazəsiz sahil necə hasarlana bilər?..
 
Çimərliyin kim tərəfindən hasarlanması hələ də naməlum olaraq qalır. Göründüyü kimi işdə məsul olan qurumlar hələ də işi bir-birlərinin boynuna atmaqla məşğuldurlar.
 
Hasarlanmada hansısa bir qurumun məlumatının olmaması mümkünsüzdür…
 
Əmlak məsələləri üzrə ekspert  Elnur Fərzəliyev Ednews-a açıqlaması zamanı bildirib ki, hər hansı tikinti işlərinin aparılması üçün icra hakimiyyəti, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və yaxud İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti bu məsələyə qarışmalıdır. 
 
 
“Bu hasarlanma barədə hər hansı bir qurumun məlumatının olmaması mümkünsüzdür. Hətta kiçik bir tikinti işi aparanda, daşı daş üstə qoyanda belə oranın nümayəndələri həmin əraziyə gəlib çıxa bilirlər. Tikinti aparılması üçün bütün qaydalar dəyişib, rəsmi surətdə icazə alınmalı, layihə təsdiq olunmalıdır. Məsələn çimərliklərdə aidiyyatı qurumlardan rəsmi icazə alıb mövsümi olaraq insanların istirahəti üçün konstruksiya işləri görülür”. 
 
Ekspertin sözlərinə görə, Xəzər dənizi sahilinin böyük bir hissəsi dəmir və ya daş hasara alınıb və bu qeyri-qanunidir. 
 
“Çünki dənizdən müəyyən məsafə olmalıdır, yoxsa sənəd verilə bilməz. Azərbaycana gələn turistlərin böyük əksəriyyəti əvvəlki illərdə daha çox dənizə görə gəlirdilər. Dəniz sahilinin əksər hissəsinin çirklənməsi, hasarlanması buna mane olur. Çimərliyə daxil olmaq mümkün olmadığı üçün burada kirayə almaq istəyən insanlar da fikirlərini dəyişirlər”. 
 
Mövzu ilə bağlı Ednews-a açıqlamasında millət vəkili Razi Nurullayev bildirib ki, dənizin hasarlaması ilə bağlı mövqeyi qətidir.
 
 
“Dənizi hasarlamaq olmaz, hər bir vətəndaş dənizə çıxış əldə etməlidir. Buna maneçilik törədən hasarlar sökülməlidir, yaxud ən azından 100 metrdən bir keçid olmalıdır ki, dənizə çıxış əldə etsin. Bilgəh çimərliyinə müəyyən hasarlar söküldü və insanlara şərait yaradıldı. Bu yaxşı xəbərdir”. 
 
Deputat qeyd edib ki, Buzovna çimərliyində dəmirdən hörülmüş uzun hasar barədə məlumatı var.
 
“Buna qədər də daşdan çəkilmiş hasar var. Yaxşı ki, bu dəfə tikinti daşları hörməyiblər, yoxsa dənizin görüntüsü bağlanacaqdı. Yəqin ki, həmin ərazi satılıb və orada otel, biznes yaxud turizm mərkəzi olacaq. Ümumiyyətlə dənizin kənarında turizm mərkəzləri yaradılmalıdır. Hasar da bunun üçün çəkilibsə, bunu alqışlamaq olar. Amma yaxşı olardı ki, müəyyən yerlərində dənizə keçid üçün çıxışlar qoyulardı, kilometrlərlə hasar çəkilib, heç bir çıxış da yoxdur. Hazırda heç bir tikini də getmir. Vətəndaşların piyada keçidi və maşın yolu üçün keçid qoyulsaydı sosial narazılıq yaranmazdı”.
 
Qanunla 20-50 metr zolaqda hər hansı tikintinin aparılması üçün xüsusi razılıq olmalıdır. Dəniz sahilinin hasarlama və ya digər üsullarla bağlanılması yolverilməzdir. Hasarlama işləri yalnız qəfəsəli olmaqla uzunluğu 200 metrdən artıq olmamalıdır və hər 200 metrdən sonra dəniz sahilinə 6 metr enində gediş-gəliş yolu saxlanılmalıdır.
 
Qeyd edilməlidir ki, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağına aid olan torpaq sahələri ilə bağlı tələblərin pozulmasına görə fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə vəzifəli şəxslər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.
 
Gülnar Səlimova
 
 
 
İkinci Dünya Müharibə veteranının təbriki - VİDEO

Xəbər xətti

Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
00:02 10.05.2024
Kopenhagen-Tokio reysinin təyyarəsi Bakı hava limanına təcili eniş edib
23:45 09.05.2024
Hacıqabulda avtomobil azyaşlını vurub
23:24 09.05.2024
Azərbaycanın ağır çəkidə çıxış edən güləşçisi də olimpiadaya lisenziya qazanıb
23:00 09.05.2024
Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb
22:44 09.05.2024
Beynəlxalq təşkilat: Heydər Əliyevi ehtiramla yad edirik
22:32 09.05.2024
Gürcüstanın Fransadakı səfiri “xarici agentlər haqqında” qanunun qəbuluna görə İSTEFA VERDİ
22:22 09.05.2024
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
22:00 09.05.2024
Qahirədə atəşkəs görüşü - İsrail şərtini təqdim etdi
21:47 09.05.2024
Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub
21:35 09.05.2024
Yasamalda yol qəzası olub, tıxac yaranıb
21:20 09.05.2024
Babək rayonunda fərdi yaşayış evində yanğın olub
21:07 09.05.2024
Ermənistan müxalifəti parlamentdə Paşinyanın impiçmentinə başlayır
21:00 09.05.2024
Yasamal rayonunda qəza olub, "Qələbə" dairəsi istiqamətində sıxlıq yaranıb
20:55 09.05.2024
Ukraynada səfərbərlik və hərbi vəziyyətin müddəti uzadıldı
20:45 09.05.2024
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
Paşinyan istefa ilə bağlı tələbi cavabsız qoydu
20:30 09.05.2024
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycan güləşçisi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
20:12 09.05.2024
Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar CƏZALANDIRILDI
19:57 09.05.2024
Elektromobil böhranı davam edir -SƏBƏB
Elektromobil böhranı davam edir -SƏBƏB
19:43 09.05.2024
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
Peskov: Rusiya ordusu Ermənistanı tamamilə tərk ETMİR
19:22 09.05.2024
Arxiyepiskop Paşinyana bir saat vaxt verdi
19:14 09.05.2024
İrəvandə müxalifətin mitinqi başlayıb
İrəvandə müxalifətin mitinqi başlayıb
19:01 09.05.2024
Gəncədə Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Respublika Voleybol Turniri keçirilib
18:50 09.05.2024
Hərbçilərimiz Türkiyədə TƏLİMLƏRDƏ - VİDEO
18:40 09.05.2024
Azərbaycanda hərbi təlimlər keçiriləcək
Azərbaycanda hərbi təlimlər keçiriləcək
18:30 09.05.2024
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
Bayden dövlətləri İsrailə silah satmamağa çağırıb
18:20 09.05.2024
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
Azərbaycan bu il Türkiyədən 695 milyon ABŞ dollarlıq mal alıb
17:55 09.05.2024
Ermənistanda gərginlik artıb – İrəvana əlavə qüvvələr yerləşdirilir – VİDEO
17:40 09.05.2024
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
Tərtər Rayon Maliyyə Şöbəsi elektrik qurğuları üçün auditor seçir
17:35 09.05.2024
Dövlət qurumunun iki idarəsi BİRLƏŞİR
17:25 09.05.2024
Ərdoğan Rusiya və Ukraynanı danışıqları bərpa etməyə çağırıb
17:20 09.05.2024
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
Aİ Rusiya vəsaitlərinin Ukraynaya göndərilməsini təsdiqləyib
17:06 09.05.2024
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
Müdafiə Nazirliyinin şəxsi heyəti İkinci Dünya müharibəsində həlak olanların xatirəsini yad ediblər - VİDEO
16:50 09.05.2024
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
Türkiyə İsraillə ticarət əlaqələrinin bərpası üçün şərtlərini açıqlayıb
16:40 09.05.2024
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
Putin Qərbə xəbərdarlıq edib: Rusiya öz təhlükəsizliyini bütün gücü ilə qoruyacaq
16:23 09.05.2024
Mayın 11-də Şuşa və Laçında Xarıbülbül Festivalı keçiriləcək
16:10 09.05.2024
Xocalıda insan sümükləri AŞKARLANDI
Xocalıda insan sümükləri AŞKARLANDI
16:01 09.05.2024
Gürcüstanlı nazir: Ölkədə dövlət çevrilişinə imkan verməyəcəyik
15:40 09.05.2024
Rumen Radev: Bolqarıstan Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi təşviq edir
15:20 09.05.2024
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
15:00 09.05.2024
Hamısı