AMEA-nın alimlərinin aldanmasında müəmmalı məqamlar Elmi işçilər kimi günahlandırır?

Cəmiyyət 14:00 10.06.2022
Son vaxtlar Şuşaya səfər adı altında törədilən dələduz əməllər ilə bağlı media və sosial şəbəkələrdə dolaşan məlumatlar artıq gündəmə çevirilib. Qeyd olunan məlumatlara görə, bəzi işbazlar bir çox şəxslərdən pul aldıqdan sonra yoxa çıxırlar.
 
Bu dəfə bu dələduzluğun qurbanına AMEA-nın elmi işçiləri çevrilib. Belə ki, icra etdiyi vəzifə bəlli olmayan Ənvər Cəfərsoy adlı şəxs Şuşada elmi konfransın təşkil edilməsi adı ilə akademiyanın 470 aliminin hərəsindən 70 manat pul alaraq onları aldadıb.
 
Məsələ ilə bağlı mətbuata açıqlama verən bəzi alimlərin sözlərinə görə, heç bir xəbər vermədən 100 nəfər alim Şuşaya yola salınıb, 370 nəfər isə kənarda saxlanılıb.  Üstəlik, 100 nəfərin içərisində bir ailənin 4 üzvü və aidiyyatı olmayan şəxslərin olması ilə bağlı məlumatlar da yayılıb.
 
Onlar bu hadisənin araşdırılmasını, pullarının geri qaytarılmasını və aldadan şəxslərin cəzalandırılmasını tələb ediblər. 
 
Dələduzluqda ittiham olunan Ənvər Cəfərsoy səssiz qalmayaraq,  mətbuata hadisə barədə açıqlama verib. O, qeyd edib ki, Şuşada elmi konfransı təşkil edən AMEA-dır və bunun ətrafında baş verən neqativ hallar qurumun məsuliyyəti üzərinə düşür. Belə ki, o, yalnız akademiyanın tapşırığını yerinə yetirib. 100 nəfər alimin seçilməsinə gəlincə isə bunu yalnız aidiyyatı qurumlar tələb edib. 
 
Bəs, AMEA-nın nüfuzuna xələl gətirən bu hadisənin baş verməsində kimlər məsuliyyət daşıyır? 
 
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işçisi Ənvər Əliyev Ednews–a açıqlamasında qeyd edib ki, prosedur qaydalarına əsasən AMEA-nın konfransları hər hansı elmi tədqiqat işinin yekunu və ya elmi problemin həlli ilə bağlı çağırılır. 
 
“Mənə şəxsən  maraqlıdır ki, 470 alimə konfransın keçirilməsi ilə əlaqədər rəsmi sənəd göndərilib, yoxsa yox. Ümumiyyətlə, keçirilməsi nəzərdə tutulan hər bir konfransın gündəliyi olmalıdır, yəni tədbiri AMEA-nın hansı institutu təşkil edir, kimlər çıxış edəcək və burada hansı məsələlər müzakirə olunacaq. Biz belə görmüşük və belə də olmalıdır. Görəsən, bir alim özünə sual vermədi ki, elmi konfrans nəyə həsr olunur və burada hansı mövzular  barədə müzakirələr aparılacaq. Şəxsən məndə qaranlıq qalır ki, 100 nəfər Şuşaya necə gedib və onlar orada nə ediblər”. 
 
Ənvər Əliyev alimlərə qarşı bu kimi dələduz əməlləri törədən şəxslərin dərhal cəzalandırılmasının vacibliyini vurğulayıb.  
 
“Bu cinayət tərkibli işdir və mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hər bir tədbirin özünəməxsus qaydaları var. AMEA-nın elmi konfransının təşkil edilməsi akademiyanın institutlarının səlahiyyətinə daxildir və elmi qurum  ilə əlaqəsi olmayan şəxslərin konfransdan danışmaq ixtiyarları yoxdur. Bu ad ilə fırıldaqçılıq ilə məşğul olmağa gəlincə isə bu qətiyyən yolverilməzdir" .   
 
Akademiyanın elmi işçisi bu işdə alimlərin özündə də qəbahət görüb. 
 
 “Onlar pul verməzdən əvvəl konfransın gündəliyini və məzmununu tələb etməli idilər. Bu akademiyanı rüsvay edən bir hadisədir. Bu hadisənin tam araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”. 
 
AMEA-nın Biofizika institutunun elmi işçisi və Biologiya elmləri üzrə professor Tokay Hüseynovun sözlərinə görə, bu hadisənin baş verməsində AMEA birbaşa məsuliyyət daşıyır. O, açıqlaması zamanı bildirib ki, kənar şəxslər akademiyanın tədbirlərinin keçirilməsinə yalnız maliyyə yardımı göstərə bilərlər. 
 
“AMEA-nın konfranslarının təşkil edilməsində akademiyanın rəhbərliyi məsuliyyət daşımalıdır.  Kənar şəxslər və ya təşkilatlar bu məsələyə qarışa bilməzlər. Əgər AMEA ilə heç bir əlaqəsi olmayan şəxs konfrans təşkil edərək alimləri aldadırsa, deməli, burada korrupsiya əməllərinin olduğunu güman etmək olar. Elmi konfrans açıq şəkildə elan olunmalı idi, sonra isə alimlər bu tədbirdə iştirak etmək üçün müsabiqədən keçməli idi”.
 
Yunis Abdullayev
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı