Sumqayıtda avtomobil piyadanı vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, iyunun 11-də saat 22 radələrində Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində S.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobillə yolu keçən şəhər sakini Qorxmaz Qurbanovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.