Münaqişə zonalarında öldürülən 40 milyon insan ARAŞDIRMA

Cəmiyyət 20:00 15.06.2022

Dünyadakı münaqişələr zaman keçdikcə böyüməyə davam edir. Bunların baş vermə səbəbləri ərazi iddiaları, regionlarda olan siyasi və iqtisadi gərginliklər, korrupsiya və iqlim dəyişikliyinə görə azalan resurslara qədər müxtəlifdir.

Mövcud ərazilərdə olan çətin vəziyyət qida və su kimi əsas resurslara əlçatanlığı məhdudlaşdırır və insanları ifrat yoxsulluğa sürükləyir. Konflikt zonalarında baş verən hadisələr insanların həyatını itirməsi və infrastrukturun dağıdılması ilə nəticələnir. Hazırda Ukraynadakı humanitar böhran diqqət mərkəzində olsa da, qlobal miqyasda bərabər dəstək və mərhəmətə layiq olan bir çox münaqişələr baş verir.

Ednews konflikt zonalarındakı acınacaqlı vəziyyətlə bağlı araşdırmanı təqdim edir.

Pisləşən münaqişələr...

Rəsmi məlumata əsasən hazırda dünyada aktual olan 27 münaqişə “dəyişməyən, “yaxşılaşan” və “pisləşən” olmaqla 3 kateqoriyaya ayrılır. Pisləşən münaqişələrə Ukraynadakı, Əfqanıstandakı müharibələr, Livandakı siyasi qeyri-sabitlik, Yəməndəki müharibə, Myanmadakı Rohinca böhranı və Efiopiyadakı çaxnaşmalar daxildir.

Vurğulamaq lazımdır ki, hazırda 2 milyard insan konflikt zonalarında yaşayır. Buradakı hadisələrdən ən çox təsirə məruz qalan ərazilər isə Efiopiyanın Tiqray bölgəsi, Cənubi Sudan, Suriya, Yəmən və Əfqanıstandır. BMT-nin məlumatına görə, keçən il 84 milyon insan münaqişə, zorakılıq və insan hüquqlarının pozulması səbəbindən məcburi köçkün vəziyyətinə düşüb. Bu il isə ən azı 274 milyon insanın humanitar yardıma ehtiyacı olacağı təxmin edilir.

Uşaq qətlləri...

Münaqişə zonalarının ən aktiv bölgələrindən hesab olunan Yəməndə isə vəziyyət daha gərgindir. Yəmən Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə İranın dəstəklədiyi Husi döyüşçüləri arasında qanlı vətəndaş müharibəsindədir. Münaqişənin ən ağır yükü isə buradakı uşaqların üzərinə düşür. Belə ki, uşaqlar aclıqdan öz barmaqlarını yeyirlər. BMT-nin 2021-ci ilin avqust hesabatına görə,Yəməndə hər 10 dəqiqədə bir uşaq ölür.

73 il davam edən Vətəndaş müharibəsi...

Myanmadakı münaqişə isə dünyada davam edən ən uzun vətəndaş müharibəsi olaraq qalmaqdadır. Ölkə müstəqillik qazandığı 1948-ci ildən bəri repressiv hərbi idarəçilik və etnik azlıq qrupları ilə müharibə şəraitindədir.

Hələ 2011-ci ildə ölkənin tam hərbi idarəçilikdən uzaqlaşacağına bir qədər ümid var idi, lakin demokratik islahatlara olan ümidlər puça çıxdı və ordu hökumətin nəzarətini mənimsədi.

Etnik təmizlənmə...

2017-ci ildə Tatmadau (Myanma silahlı qüvvələri) və yerli təhlükəsizlik qüvvələri Rohingya müsəlman azlığına qarşı etnik təmizləmə kampaniyasına başlayaraq minlərlə insanı qətlə yetiriblər.

Buna görə də 880 minə yaxın Rohinca qaçqını ölkəni tərk etdi. Hamilə qadınlar, körpələr və qocalar da daxil olmaqla əhali Banqladeşə köç etmək məcburiyyətində qalıb. Bu gün onlar dünyanın ən böyük və ən sıx məskunlaşdığı qaçqın düşərgəsi Kutupalonqda yaşayırlar.

40 milyon insan...

ABŞ-ın rəhbərlik etdiyi 20 illik münaqişədən sonra Əfqanıstanın Taliban tərəfindən bu yaxınlarda ələ keçirilməsi ölkə iqtisadiyyatını çökdürdü və yoxsulluğa, görünməmiş aclıq böhranına səbəb oldu.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, ölkənin təxminən 40 milyon əhalisinin yarısından çoxu “həddindən artıq aclıq, 9 milyonu isə aclıq təhlükəsi ilə üz-üzədir”.

Ekstremal şəraitlə əlaqədar olaraq körpələr aclıqdan ölür. Mövcud vəziyyətə dözə bilməyən bir çox ailə ya övladlarını, ya da onların orqanlarını satışa qoymalı olurlar.

Müharibənin nəticələri...

Müharibənin nəticəsi isə demək olar ki, ağlasığmazdır. Müharibə yükü insan əzabları, sosial iğtişaşlar və infrastruktura dəyən ziyanla yanaşı, münaqişədən təsirlənən ölkələrin iqtisadiyyatlarına da təsir edir.

İqtisadiyyat və Sülh İnstitutu müəyyən edib ki, dünyanın münaqişələrdən ən çox təsirləndiyi 10 ölkədə zorakılığın orta iqtisadi dəyəri onların ümumi daxili məhsulunun (ÜDM) 41%-nə bərabərdir.

Zorakılıq iqtisadiyyatı pozduqda, təsirlər münaqişə səngidikdən çox sonra hiss olunur və demək olar ki, hər kəsin yoxsullaşması ilə nəticələnir.

Mina qurbanları...

Dünya ölkələrinin üçdə biri minalarla doludur və ABŞ Dövlət Departamentinin hesablamalarına görə, dünyada 60-75 milyon mina partlamamış olaraq qalmaqdadır. Hər 22 dəqiqədən bir insanlar minaya düşərək ölür və ya şikəst olur. Bəzi ekspertlərin hesablamalarına görə, müharibə zamanı atılan bombaların 12-18%-i demək olar ki, partlamır. Bu isə yerli əhaliyə, eləcə də bu zonalara yaxın olan ərazilərə həyati təhlükə yaradır.

Şiddətli yağışlardan, torpağın şumlanmasından sonra uşaqlar partlamamış sursatları “oyuncaq” kimi toplayaraq təhlükədən xəbərsiz halda tarlalarda gəzirlər. Problemin əsas həlli isə hökumətin üzərinə düşür. Həmçinin birminanın yerləşdirilməsi cəmi 3 dollara başa gəldiyi halda, çıxarılmasına 1000 dollar tələb olunması vəziyyəti gərginləşdirən amillərdəndir.

 

Nəzrin Beydiyeva

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
Azərbaycanda bu tarixdən köhnə avtomobillər sıradan ÇIXIR
11:20 11.05.2024
Azərbaycan nefti cüzi ucuzlaşıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
11:17 11.05.2024
Ermənistan polisi Eçmiədzində silah-sursat gəzdirməkdə şübhəli bilinən 6 nəfəri saxlayıb
11:10 11.05.2024
Ulu Öndər Heydər Əliyev Bişkekdə anılıb
10:55 11.05.2024
BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO
10:47 11.05.2024
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
Azərbaycan və Ermənistan XİN başçıları Almatıda danışıqları bu gün davam etdirəcək
10:45 11.05.2024
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
AVRO-2024-ün rəsmi mahnısı təqdim edildi
10:15 11.05.2024
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi
09:51 11.05.2024
Bu gündən güclü maqnit qasırğası BAŞLAYIR
09:20 11.05.2024
Bu gün Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır
09:00 11.05.2024
Azərbaycan Basketbol Liqasında ilk finalçı müəyyənləşib
02:12 11.05.2024
Azərbaycanın 4 parakarateçisi Avropa çempionatının finalına vəsiqə qazanıb
01:00 11.05.2024
"Kəpəz"in baş məşqçisi: Gələcək oyunlar üçün dərs çıxarmalıyıq
00:11 11.05.2024
Londonda Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib
23:46 10.05.2024
Ermənistanı silahlandıranlara XƏBƏRDARLIQ: "Bizdən heç kəs inciməsin" - VİDEO
23:31 10.05.2024
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
"Bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi" - İlham Əliyev - VİDEO
23:23 10.05.2024
Pakistanın Baş naziri COP29-a dəvət olunub
23:23 10.05.2024
İlham Əliyev: "Onlar bu torpaqları ermənilərə vəd vermişdilər" - VİDEO
23:11 10.05.2024
Azərbaycan cüdoçuları Avropa Kata turnirində iştirak edəcək
23:00 10.05.2024
Bayden Ukraynaya 400 milyon dollarlıq hərbi yardımla bağlı əmr imzalayıb
22:45 10.05.2024
Ukrayna ilk F-16-ları yayda alacaq
22:24 10.05.2024
Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB
22:11 10.05.2024
Lukaşenko Silahlı Qüvvələrin Baş Qərargah rəisini vəzifəsindən azad edib
22:00 10.05.2024
İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - YENİLƏNİB
21:56 10.05.2024
Mamayı məscidinin bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:49 10.05.2024
Azərbaycanın qadın güləşçisi üçün olimpiadaya lisenziya şansı davam edir
21:40 10.05.2024
Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - YENİLƏNİB
21:30 10.05.2024
Daşkəsənə dolu düşüb
21:22 10.05.2024
BMT Fələstinin üzvlüyünün dəstəklənməsi üçün qətnamə qəbul edib - YENİLƏNİB
21:00 10.05.2024
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar bəlli olub
20:44 10.05.2024
Putin Mişustini Baş nazir təyin edib
20:20 10.05.2024
Ombudsman BMT-nin komitə üzvünü bölgədəki vəziyyət barədə məlumatlandırıb
20:00 10.05.2024
Gürcüstan parlamentinin sədri Tbilisidə avropalı nümayəndələrlə görüşməyəcək
19:50 10.05.2024
İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - YENİLƏNİB
19:34 10.05.2024
Azərbaycanlı gənc yazıçı vəfat etdi
19:16 10.05.2024
FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
19:00 10.05.2024
Ağdam Sənaye Parkına 195 milyon manat investisiya yatırılması nəzərdə tutulur -YENİLƏNİB
18:50 10.05.2024
Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar başa çatıb - YENİLƏNİB-2
18:37 10.05.2024
Prezident İlham Əliyev şuşalılarla görüşdə şəhərdəki tarixi abidələrin bərpasından danışıb
18:20 10.05.2024
Prezident: Fransanın Ermənistana verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin
18:11 10.05.2024
Hamısı