Pənahəli xanın başdaşı bərpa olundu - ednews.net

25 İyun, Şənbə

(+994 50) 229-39-11

Pənahəli xanın başdaşı bərpa olundu

Cəmiyyət A- A A+

Qarabağ xanlığının yaradıcısı, Şuşa şəhərinin banisi Pənahəli xan Cavanşirin başdaşı bərpa olunub.

Ednews xəbər verir ki, bu barədə Milli Tarix Muzeyi məlumat yayıbb.

Muzeyin Bərpa laboratoriyasında başdaşı üzərindəki yazı və naxışlar orijinal hallarına xələl yetirmədən müasir vasitə və üsullar istifadə edilərək təmizlənib, zədəli yerləri bərpa edilib.

Başdaşının nümayişi üçün muzeyin daimi ekspozisiyasının 1-ci mərtəbəsində zal ayrılıb, burada İmarət qəbristanlığındakı türbənin maketi hazırlanıb və başdaşı qurulub. 

Zalda başdaşının yazısının oxunması, türbənin tarixi ilə bağlı məlumatlar olan informasiya panelləri, rəssam Əjdər Qafarovun “Pənahəli xan Cavanşir” adlı rəsm əsəri yerləşdirilib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...