Sosial şəbəkələrdə fərqli ideyaları ilə populyarlıq qazanan Leyla Qarazadənin toyu olub. Lənkəran rayon Jidi kənd ümumi orta məktəbinin ibtidai sinif müəlliməsi olan Leyla Qarazadə ixtisasca coğrafiya müəllimi Faiq Şıxəlizadə ilə ailə qurub. Ednews xəbər verir ki, toy məclisində pedaqoqun dərs dediyi şagirdləri də iştirak edib. Müəllimin bəxş etdiyi sadə və səmimi münasibət toyda da müşahidə olunub. Onlar müəlliməni dövrəyə alaraq birgə rəqs ediblər.
Qeyd edək ki, Leyla Qarazadənin nigah mərasimi toylarından bir neçə gün əvvəl iyunun3-ü olub.
Leyla müəllimənin özəl günündən çəkilən fotoları təqdim edirik:
Ləman Abbaslı