“Dərslərin 1 sentyabrda başlamasını onunla əsaslandırmışam ki, avqustun 21-də müəllimlərin məzuniyyət dövrü bitir. Müəllimlər sentyabrın 15-ə qədər maaş alırlar. Azərbaycan müəlliminə nə qədər maaş versək azdır. Amma sentyabrın 1-dən bu maaşı versək daha yaxşı olmazmı? Elə dərs dedikləri dövrün maaşını alsınlar”.
Ednews xəbər verir ki, bu fikirləri “2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zaman millət vəkili Fazil Mustafa səsləndirib.
“Bizdə əsaslandırılar ki, 15-nə qədər havalar isti olur. Bu zehniyyətdə olan adamları Afrikada hansısa ölkəyə nazir olmağa göndərsəz, onlar Afrikada tədrisi ümumiyyətlə qadağan edərlər ki, hava həmişə istidir. Ona görə də, mən həm də büdcə vəsaitlərin səmərəli xərclənməsi üçün bu təklifi vermişəm. Müəllimlər sentyabrın 1-dən məktəbə gedir, 15-nə kimi guya hazırlıq görür, amma boş-bekar oturub, maaş alır. Qoy elə dərs deyib maaş alsınlar da”, - Fazil Mustafa əlavə edib.