“Təhsili tələbə alır, ixtisası valideyn seçir” EKSPERTDƏN HƏYƏCAN TƏBİLİ

Cəmiyyət 17:00 22.06.2022
Qəbul imtahanlarından uğurlu nəticə əldə edən abituriyentlərin qarşısında duran növbəti məsuliyyətli məsələ ixtisas seçimidir. Kortəbii edilən seçim cəmiyyətdə peşəkarların yetişməsinə də maneçilik törədir. Çox zaman isə tələbə adını qazanan abituriyent valideynlərin basqısı altında kodlaşdırma zamanı istəmədiyi fakültəni seçir. Bu isə gələcəkdə həm gəncin psixologiyasına, həm də bir peşəkar kimi formalaşmasına əngəl olur.
 
Məsələ ilə bağlı Ednews-a danışan təhsil üzrə ekspert Elçin Əfəndi valideynlərin bu məsələyə daha diqqətli, həssas yanaşmalı və mütəxəssis rəyinin vacib olduğunu vurğulayıb. O, həmçinin, əldə olunan müvafiq nəticə əsasında sıradan olan ixtisasların əvəzinə, gələcək baxımından perspektivli seçimlərin daha məqsədəuyğun olduğunu deyib.
 
“Qeyd edim ki, istənilən halda hər bir abituriyent, bakalavr, yaxud subbakalavr konkret olaraq qəbul ola biləcəyi ixtisaslara meyl etsə daha məqsədəuyğun olar. Çünki, abituriyent əldə etdiyi nəticəyə uyğun olmayan yerləri yazır və qəbul ola bilmir. Buna görə mütəxəssis rəyi mütləq vacibdir”. 
 
Elçin Əfəndi, əksər hallarda ixtisas seçimi zamanı abituriyentlərin valideynləri tərəfindən təzyiqlərə məruz qaldığını deyib.
 
“Bəzən elə olur ki, IV ixtisas qrupu üzrə imtahan verən və 300-400 bal arası nəticə göstərən abituriyentlərin valideynləri övladlarını tibb yazmağa məcbur edir. Amma tələbə həmin balla o ixtisasa qəbul ola bilmir. Bu kimi hallar illik təhsil haqqının ödənilmə məsələsində də özünü birüzə verir. Hətta, elə abituriyentlər var ki, nəticələri dövlət sifarişli ixtisaslara qəbul olmağa imkan verir, ancaq onlar illik təhsil haqqı 6000 manatdan çox olan fakultələri seçirlər”. 
 
Ekspert kortəbii ixtisas seçiminin təkcə abituriyentlərə, bakalavrlara deyil, həmçinin cəmiyyətin ümumi məhsuldarlığına da təsir etdiyini bildirib.
 
“Əgər hər hansısa bir abituriyent məcburiyyət qarşısında, sırf universitetə qəbul olmaq üçün ixtisas seçirsə, bunun cəmiyyətə mənfi təsirləri böyükdür. Bu halda abituriyent, gələcəkdə bir peşəkar kimi formalaşa bilməyəcək. Qeyd edim ki, bu kimi hallar çoxalsa, ümumi məhsuldarlığın səviyyəsi aşağı olacaq. Ona görə hər bir şəxsin istədiyi sahə üzrə təhsil alması vacibdir, çünki bu zaman həmin abituriyentlərin faydalılıq əmsalı daha da yüksələcək”. 
 
Ekspert ali təhsil müəssisələrinin istər bakalavr, istərsə də magistratura pilləsi üzrə daha çox seçilən fakultələrdən də danışıb. O, abituriyentlərin daha çox informasiya texnologiyaları və pedoqoji yönümlü ixtisaslara üstünlük verdiyini bildirib. 
 
“I ixtisas qrupu üzrə imtahan verən abituriyentlər daha çox kompüter mühəndisliyi informasiya təhlükəsizliyi, neft-qaz istiqamətinə meyl edirlər. II ixtisas qrupu üzrə maliyyə, mühasibat və biznes kimi sahələrə, III ixtisas qrupu üzrə hüquqşünaslıq, sosial iş və tərcümə ixtisaslarına üstünlük verirlər. IV ixtisas qrupu üzrə imtahan verən abituriyentlər isə daha çox tibb sahəsinə yönəlirlər. Əlavə olaraq V ixtisas qrupu üzrə imtahan verənlər məşqçilik, dizayn və fiziki tərbiyyə kimi ixtisasları üstün tuturlar”.
 
Qeyd edək ki, ötən illər ərzində ixtisas seçimi zamanı III ixtisas qrupunda 660-dan yuxarı bal toplayan 2, IV ixtisas qrupunda 620-dən yuxarı bal toplayan 1, 640-dan yuxarı bal toplayan 1 nəfər imtahandan kəsilib. Bununla bağlı olaraq, abituriyent və tələbələri ixtisas seçimi edərkən diqqətli olmağı, valideynləri isə məsələyə ötəri yanaşmamağa çağırırıq.
 
 
Nəzrin Beydiyeva
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Şantajla məşğul olan gənclər yaxalandı
15:50 09.07.2025
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
15:35 09.07.2025
Pensiyaların ödənəcəyini tarix açıqlandı
15:20 09.07.2025
ABB tarixində ən yüksək reytinq göstəricisinə nail olub
15:05 09.07.2025
“Ailə mübahisələrində mediasiya institutunun tətbiqinin əhəmiyyəti və beynəlxalq təcrübə” mövzusunda dəyirmi masa keçirilib
14:50 09.07.2025
ABŞ-ın Texas ştatında daşqınlar zamanı 180-dən çox insan itkin düşüb
14:35 09.07.2025
Yardımlı-Deman-Arvana magistralında yenidənqurma işlərinə başlanılıb
14:20 09.07.2025
İtaliyanın Ukraynaya yardımları rəqəmlərlə açıqlandı
14:05 09.07.2025
Türkiyənin xarici işlər və müdafiə nazirləri Pakistanda rəsmi səfərdədir
14:02 09.07.2025
"Barselona"nın Bakıda açılacaq akademiyası ilə bağlı işlərə başlanılıb
13:47 09.07.2025
Əbu-Dabidə İlham Əliyevlə Paşinyan arasında görüş keçiriləcək
13:32 09.07.2025
Qarabağ Universitetində tibb fakültəsi açıldı
13:17 09.07.2025
Azərbaycanda yeni SES-lər tikiləcək
13:02 09.07.2025
PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
Hamısı