Vətəndaş cəmiyyəti təşkilatları arasında sorğu keçirildi

Cəmiyyət 18:09 25.06.2022

İctimai şuraların fəaliyyəti, şuralara keçirilən seçkilər prosesinin dəyərləndirilməsi və perspektivdə bu istiqamətdə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatları arasında sorğu keçirilib.

Ednews xəbər verir ki, sorğu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ECSOFT layihəsi çərçivəsində həyata keçirilən “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” istiqamətində fəaliyyətlər sırasında ekspert, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva tərəfindən gerçəkləşdirilib.

Elektron sorğuda 84 nəfər, əsasən də ictimai şuralarda iştirakçılığı olan VCT təmsilçiləri iştirak edib. Respondentlərə təqdim olunan cavablardan bir necəsini seçmək, həmçinin hər sual üzrə öz şərhlərini yazmaq imkanı verilib. Bununla yanaşı sorğunun sonunda iştirakçılar mövzuyla bağlı fikir və təkliflərini söyləməkdə tam sərbəst olub.

Öncə qeyd etmək istərdik ki,  sorğuda “İctimai Şuralara seçkilərin təşkili və keçirilmə qaydaları Sizi qane edirmi?” sualına 32.1% “bəli”, 52.4% “xeyr”, 4.76% “qismən”, 7.1% isə “məlumatsızam” cavabı verilib. Şərhlər bölməsində isə aşağıdakı fikirlər yer alıb:

  • Hazırki sistem təkmilləşməlidir.
  • Qurumlardan asılıdır. Bəzi qurumlarda təşkil olunan seçkilər şəffaf və qaneedici idi, bəzilərində isə şəffaflığa yol verilmirdi. Fərqli qurumlar fərqli münasibət nümayiş etdirir.
  • Baxır hansı qurumda necə təşkil olunub. Qane edənlər bütün tələbləri yerinə yetiriblər. Amma elə qurum olub ki, namizədləri səsləri sayanda içəri qoymayıblar, şəffaflığı pozublar. Komissiyanın üzvləri olan QHT-lər də həmin pozuntuya dəstək olublar.

Elə qurum da var ki, öncədən tərtib etdiyi siyahını təsdiq edib. Səsvermədə çox az adam iştirak edib.

Beləliklə, sorğuda vətəndaş cəmiyyəti qurumları təmsilçilərinin ictimai şuralarla bağlı səsləndirdiyi fikir və tövsiyələrini ictimaiyyətə təqdim edirik:

  • İctimai şuraların aidiyyəti qurumlardan asılılığı olmamalı, tam sərbəst formada fəaliyyət göstərməli, monitorinqlərin nəticələrini ictimaiyyətə çatdırmağı bacarmalı, hesabatlılığın şəffaflığını təmin etmə gücündə olmalıdır. Seçkilər zamanı şəffaflığın qorunması üçün üst monitorinq qrupunun yaradılması lazımdır.
  • Əgər bu günkü gündə olduğu kimi qalacaqsa heç kəsə lazım olmayan qurumdur. Hesab edirəm tam müstəqil olmalıdır.
  • İctimai şuralara keçirilən seçkilərdə ciddi qaydalar yaradılmalıdır. Xüsusən bir qrup QHT-lərin inhisarçı-lobbiçilik fəaliyyəti və müvafiq qurumun iş üzvlərinin özünə yaxın insanlardan formalaşmasını istəməsi olduqca zərərlidir.
  • Qaydalar dəyişdirilməlidir. Sahə üzrə seçici və namizədlər həmin sahəyə aid olan insanlar olmalıdır.
  • Seçki komissiyaları müstəqil olaraq püşk atma yolu ilə müəyyənləşdirilsin.
  • Əksər rayonlarda ictimai şuraların üzvlərini ağsaqqallar və dövlət qulluğu nümayəndələri təşkil edir. Bu doğru deyil. TANIŞLIQ ÖNƏM DAŞIYIR! İctimai şuraya gənclər cəlb edilməli, səs vermə yolu ilə seçilməlidir.
  • İctimai şuralara seçkilər zamanı səsvermədə iştirak edən şəxslərin namizədin dost tanışı və ya qohum əqrəbası deyil, sırf vətəndaş cəmiyyətində təmsil olunan şəxslərin olmasına diqqət verilməlidir. 
  • Aidiyyəti insanlar seçkiyə müraciət etsinlər. Ən azı həmin sahə üzrə hesabatlılığını, araşdırmasını təqdim etsinlər.
  • İctimai şuraların səlahiyyət müddəti daha uzun müddətli olmalıdır.
  • İctimai şuraların fəaliyyəti ilə bağlı müvafiq qurumlar qarşılıqlı əməkdaşlığa hazır olmalı və şuraların fəaliyyət imkanlarına loyal yanaşmamalı, əksinə, onlara qanunvericiliyin icazə verdiyi fəaliyyət imkanını yaratmalıdırlar.
  • Cəmiyyət ictimai iştirakçılıq prosesləri üçün yetərincə yetişməli və bu proseslərdə səslərinin eşidilməsinə əmin olmalıdırlar.
  • İŞ üzvlüyünə seçkilərdə QHT-nin fəaliyyət istiqamətinin qurumun fəaliyyətinə yaxınlığının nəzərə alınmasının labüdlüyü önəmlidir. Əks təqdirdə hərbi yönümlü təşkilat təhsil və ya mədəniyyət sahəsində İŞ iştirakçılığına iddialı ola bilir.
  • Bir şəxs yalnız bir şurada təmsil olunsa yaxşı olar.
  • Hər kəs öz profili üzrə seçilsin. Mütləq mütəxəssislər namizədlərlə şifahi sorğu keçirməlidir. Və hər QHT ancaq bir şurada təmsil olunsun.
  • Seçkilərin mexanizminin inkişaf etdirilməsinə zəruri ehtiyac vardır.
  • “İctimai İştirakçılıq haqqında” qanun təkmilləşdirilməlidir.
  • İctimai şuralara seçkilər, xüsusilə rayonlarda daha böyük əhəmiyyət kəsb etməlidir. Buna görə də bu sahənin institutlaşmasına ciddi diqqət yetirilməlidir.
  • Məncə bu qurumlara ümumiyyətlə ehtiyac yoxdur. Təcrübə onların faydasız olduğunu göstərir.
  • İctimai şuraya seçkilərdə könüllü iştirak etmələrinə baxmayaraq üzvlərinin heç də hamısı səlahiyyət müddəti ərzində aktiv fəaliyyət nümayiş etdirmir. Bunun müxtəlif səbəbləri var: İŞ üzvü bu işlər üçün kifayət qədər vaxt tapa bilmir; İŞ üzvləri hüquq və vəzifələrini bilmir; dövlət orqanı onların tövsiyələrini nəzərə almadığı təqdirdə İŞ üzvü işlərinin faydalı olacağına ümidini itirir və s.

Bəzi dövlət qurumları şuraları ofis yeri ilə, avadanlıqla və ya iş üçün digər vasitələrlə təmin etmirlər ki, bu da İŞ üzvlərini aktiv olmaqdan çəkindirir.

Təəssüf ki, bəzi dövlət qurumları İŞ və onun işi barədə məlumatları öz internet səhifəsində yerləşdirmir, İŞ üzvlərinə qarşıdakı tədbirlər və fəaliyyətləri barədə kifayət qədər məlumat vermir və qanun layihələrini əldə etmələrinə ictimai şura üzvlərinə köməklik göstərmirlər.

Eyni zamanda, bir çox İŞ-lər fəaliyyətlərinə dair hesabatı hazırlamır və ictimaiyyətə çatdırmırlar.

Bəzi dövlət orqanları ictimai şuralara müstəqil qurum kimi baxmır, tabeliylərində olan qurum kimi yanaşırlar. Bu səbəbdən onlar İŞ ilə paylaşılan məlumatlara nəzarət edirlər. İctimai şuraların öz fəaliyyətlərini həyata keçirmək üçün müstəqil maliyyə dəstəyi yoxdur.

Bəzi İŞ üzvləri səhvən dövlət orqanının onların fəaliyyətini maliyyələşdirməli olduğunu düşünürlər. Fikrimcə bu kimi sadalanan problemlər aradan qaldırılmalıdır.

  • İŞ-lərə seçkilərin təkmilləşdirilməsi məqsədilə qanunvericilik islahatları ən zəruri tədbir olardı. Bu islahatlar seçki komissiyasının formalaşması mexanizmində kənar təsirləri aradan qaldırmağa, seçki komissiyasının müstəqil fəaliyyətinin əsaslarını gücləndirməyə yönəlməlidir. Həmçinin, seçici kimi yalnız QHT üzvü olan şəxslərin seçkili orqanların qərarı ilə müəyyənləşməsi və seçkilərdə iştirakına nail olmaq üçün prosedurlarda zəruri dəyişiklik aparılmalıdır. Seçici siyahılarının dərc olunması ilə bağlı məcburi öhdəlik müəyyən edilməlidir. Namizədlərin şikayətlərinin araşdırılması, apelyasiyaya imkan yaradan prosedurlar təkmilləşdirilməlidir.
  • Ciddi təcili bir qanunverici dəyişikliyinə yox, icra mexanizmini bilik və bacarıqların artırılması ilə gücləndirmək və hər tərəfin cavabdehliyi məsələsini daim gündəlikdə saxlamaqla vəziyyəti dəyişmək olar.
  • Ictimai şuraların işindən razı deyiləm , bəzi şəxsləri çıxmaq şərtilə, lazım olsa adlarını deyərəm! Bir insan 12-15 ictimai şuranın üzvü olanda onun işi nə ola bilər?
  • Olmayan bir şey haqqında fikir söyləmək çətindir.
  • Bəzi qurumlar İŞ-ın fəaliyyətinə öz maraqları əsasında imkan vermir . Hər vəchlə ictimai şuranın işinə mane olurlar.
  • Fikrimcə, yanaşma/fəlsəfə dəyişməlidir. “İctimai iştirakçılıq haqqında” qanun yetərli deyil. İctimai iştirakçılığın təmin edilməsinə dair dövlət qurumlarının fəaliyyətini tənzimləyən sahəvi qanunvericilik aktlarının təkmilləşdirilməsinə ehtiyac var. İctimai iştirakçılığa dair normalar konkretləşdirilməli və gücləndirilməlidir. İctimai şuralar konsepsiyası dəyişməlidir.
  • Şəffaflıq artırılsın və seçkiyə müdaxilə azaldılsın.
  • Bir şəxs iki şuradan artıq olmamaq şərtilə təmsil oluna bilsin.
  • İctimai şuraların fəaliyyətlərinin həyata keçirilməsinə dövlət büdcəsindən birbaşa vəsaitlərin ayrılması üçün müstəqil fondun təşkili və ya büdcə təsnifatında yeni maddənin müəyyən edilməsi önəmlidir.
  • Dövlət qurumlarının İŞ-ın işinə gizli və açıq müdaxiləsi var. İctimai şuralar nə qədər ciddi və qanunauyğun çalışsalar onları müdaxilədən uzaqlaşdıracaqlar. Bəzi şuralarda müvafiq qurum rəhbərliyi müdaxiləsinin ictimailəşdirilməsindən sonra artıq şuralara müdaxilədən çəkinirlər. İŞ üzvləri nə qədər ardıcıl və prinsipial olsalar, müdaxilə cəhdləri ortadan qalxacaq.
  • İŞ üzvlərinin hər birinə fəaliyyətlərinə məsuliyyətli yanaşması tövsiyə olunur.
  • Düşünürəm ki, bir nəfər ancaq bir ictimai şuraya seçilsin, daha hər yerdə olmasın. Onda işlərini də normal qura bilər.

 

“İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin sədri, layihə rəhbəri Ziba Nəbiyeva sorğuda iştirak edən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinə öz dərin minnətdarlığını bildirir.

Mütəmadi olaraq bu istiqamətdə həyata keçirilən fəaliyyətlər ictimai iştirakçılıq prosesinin canlanmasına, ictimai təsisatlar və dövlət qurumları arasında keyfiyyətcə yeni, konstruktiv dialoq və əməkdaşlığı şərtləndirən yeni münasibətlərin inkişafına öz töhfəsini verəcəkdir.

 

Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq
17:05 26.04.2024
Qərb Cənubi Qafqazı Ukraynalaşdırmaq istəyir - Deputat Elman Nəsirov-VİDEO
17:00 26.04.2024
36 azərbaycanlı tələbə İsveçin Təqaüd Proqramının QALİBİ OLDU
16:38 26.04.2024
Ailəsi ilə birgə oğlu tərəfindən öldürülən direktorun yerinə TƏYİNAT
16:26 26.04.2024
Dünən 4 il sonra daha bir tarixi hadisəyə şahid olduq! – VİDEO
16:24 26.04.2024
Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək
16:20 26.04.2024
“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər -VIDEO
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər VİDEO
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas - VİDEO
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
Hamısı