Gəncədə şəhid olan türk mehmetçilərinin xatirəsi əbədiləşdirildi

Cəmiyyət 14:02 26.06.2022
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104-cü il dönümü günündə Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhərində qəhrəmancasına həlak olan ilk şəhidlərinin xatirəsinə həsr olunan abidənin açılışı olub. 
 
Ednews bizim.media-ya istinadən xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, ATİB sədri Camal Yanğın, Azərbaycan Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev, millət vəkilləri Pərvin Kərimzadə və Müşfiq Cəfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin və Gəncədəki Baş Konsulluğunun və şəhər ictimaiyyətinin nümayəndələri, sakinlər iştirak ediblər.
 
Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başladı. Sonra hər iki ölkənin dövlət himnləri səsləndirildi. 
 
“Tarixən Türkiyə və Azərbaycan xalqları daim bir-birinin yanında olmuşlar, ən ağır dövrlərdə belə qardaş dəstəyini əskik etməmişlər. Ölkəmizin 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və rəşadətli Ordumuzun gücü ilə möhtəşəm Zəfər qazanması və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi bütün Türk dünyasına qürur verən hadisə oldu.
 
Bu gün Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhəri üçün gözlərini qırpmadan canlarını fəda edən əsgərlərin əziz xatirəsinə ucaldılan abidə də məhz bu dostluq və qardaşlıq əlaqələrinin bariz nümunəsidir”.
 
Bu fikirləri açılış mərasimində qonaqları salamlayan Gəncə İcra hakimiyyətinin başşısı Niyazı Bayramov söyləyib. Şəhər rəhbəri əlavə edib ki, şəhid olan türk mehmetçilərinin xatirəsinin Gəncədə əbədiləşdirilməsi qürurvericidir.
 
Sonra çıxış edən Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, Türkiyənin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, ATİB sədri Camal Yanğın və digər qonaqlar Qafqaz İslam Ordusunun 11 iyul 1918-ci il tarixində Gəncə şəhəri üçün canlarından keçən türk əsgərlərinin ruhunun əbədiləşdirilməsi üçün ucaldılan bu abidənin iki qardaş ölkə arasında, “bir millət iki dövlət” prinsipinin bariz nümunəsi olduğunu bir daha vurğuladılar:
 
“Qafqaz İslam Ordusu komandanı Nuru paşa 25 may 1918-ci ildə Gəncəyə gəlişi gəncəlilər tərəfindən böyük sevinclə qarşılanıb. Çünki Nuru Paşanın ilk amalı Gəncədə mövcud olan təhlükəni aradan qaldırmaq, buradakı düşmənləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etməkdən ibarət idi.
 
11 iyun 1918-ci ildə Qafqaz İslam Ordusunun 13 mehmetçiyi Gəncənin Şah Abbas məscidinin ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar. Bu ərazidə ucaldılan möhtəşəm abidə hər iki dövlət üçün çox böyük tarixi hadisədir” deyən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ölkələr arasında qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edib.
 
Tədbirdə çıxış edən rəsmilər Azərbaycan və Türkiyə  arasında olan tarixi köklərə söykənən dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər. Bildirilib ki, hər iki dövlətin əlaqələri günü-gündən güclənir, möhkəmlənir və daha da dərinləşir.
 
Çıxışlardan sonra din xadimləri Kamran Məmmədov və Zeki Yavuzyılmaz şəhidlərin ruhuna dualar oxuyublar. Daha sonra rəsmilər tərəfindən abidənin üzərindən ağ örpək götürülüb və önünə tər güllər düzülüb.
 
Mərasimdə Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçalan qrupunun və Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasında “Mehtər Marşı” və “Nuru Paşa Marşı” təqdim olunub.
 
Sonda xatirə şəkli çəkdirilib. 
 
Qeyd edək ki, Qafqaz İslam Ordusunun ilk şəhidlərindən – 13 qəhrəman məhmətçiyin xatirəsinə ucaldılan abidə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Türk İş Adamları Birliyinin təşkilatçılığı inşa edilib.
Prezident Berlində tədbirdə çıxış edir - VİDEO

Xəbər xətti

“Aİ sırf bu səbəbdən Azərbaycana sanksiya etmək niyyətindədir” – Rus Politoloqdan ÖZƏL AÇIQLAMA
16:10 26.04.2024
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
Yeni Haiti hökuməti gizli mərasimlə işə başlayıb
16:00 26.04.2024
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
Çin "son texnoloji"  təcrübələr üçün kosmik missiyaya başlayıb
15:55 26.04.2024
Berlində diaspor fəalları Azərbaycana həmrəylik nümayiş etdiriblər
15:51 26.04.2024
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq
15:41 26.04.2024
Mina təmizləmə üzrə İşçi qrupunun üzvləri Ağdamda səfərdə olublar - FOTOLAR
15:35 26.04.2024
Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq
15:32 26.04.2024
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
Prezident: COP29 qarşıdurma arenası olmayacaq
15:28 26.04.2024
Azərbaycan Ordusunda bu il qəsdən adam öldürmə və intihar hadisələri azalıb
15:25 26.04.2024
Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq -VIDEO
15:24 26.04.2024
Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb
15:18 26.04.2024
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
Dövlət başçısı: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk - VİDEO
15:16 26.04.2024
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
Si Tsinpin: ABŞ-la Çin rəqib yox, tərəfdaş olmalıdır
15:10 26.04.2024
İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçiriblər – VİDEO
15:07 26.04.2024
Səfir: Dürüst danışıqlar Azərbaycan və Ermənistan arasında müsbət nəticə verə bilər
15:05 26.04.2024
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
AFFA rəqiblərini təhqir edən üç futbolçunu cəzalandırıb
15:00 26.04.2024
Ermənistan milyonlarla insanı doğma evindən didərgin salıb - Hüquqşünas
14:49 26.04.2024
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
Braziliyada Aİ getmək istəyən miqrantların cəsədləri tapılıb
14:41 26.04.2024
Türk dünyasının deputatları Xankəndidə
Türk dünyasının deputatları Xankəndidə
14:40 26.04.2024
Ermənistanın etdiyi etnik təmizləmə, akt deyil, strategiyadır - Vəkil
14:30 26.04.2024
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
Ukrayna Konsulluqların fəaliyyətini dayandırdı
14:27 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
14:19 26.04.2024
Şənbə günü 32 dərəcə isti olacaq
14:02 26.04.2024
“Azərbaycanla Fransa arasında kommunikasiya boşluğu var” – Fransız ekspert - ÖZƏL
14:00 26.04.2024
Növbəti köç karvanı Füzuliyə ÇATDI
13:58 26.04.2024
Bakıda 4 aylıq körpə pəncərədən düşərək ÖLDÜ
13:54 26.04.2024
İlham Əliyevin Olaf Şoltsla təkbətək görüşü BAŞLADI
13:45 26.04.2024
Naxçıvanda yüksək vəzifəyə TƏYİNAT
13:42 26.04.2024
Şolts İlham Əliyevi belə qarşıladı
13:33 26.04.2024
Olaf Şolts: “Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək”
13:23 26.04.2024
Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edildi
13:20 26.04.2024
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
Azərbaycan Prezidenti: “Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”
13:15 26.04.2024
“Bakıda iqlimlə bağlı maliyyələşdirmə məsələləri müzakirə ediləcək” - Olaf Şolts
13:12 26.04.2024
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı açıqlandı
13:01 26.04.2024
Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər” - VİDEO
12:51 26.04.2024
İlham Əliyev: “COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək”
12:42 26.04.2024
Rəsmi Bakı: "Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi əsassızdır"
12:40 26.04.2024
İlham Əliyev: “COP29-da yaxşı nəticələr əldə etməliyik"
12:36 26.04.2024
NATO qüvvələri Rusiyaya hücum edir? - İngilis Politoloqdan EKSKLÜZİV ŞƏRH
12:35 26.04.2024
Prezident: “COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz bizim üçün çox böyük şərəfdir”
12:32 26.04.2024
Hamısı