Füzulidə minaya düşən polisin ayağı amputasiya edildi - ednews.net

18 Avqust, Cümə axşamı

(+994 50) 229-39-11

Füzulidə minaya düşən polisin ayağı amputasiya edildi

Cəmiyyət A- A A+
Füzuli rayonunda inaya düşən polisin ayağı amputasiya edilib
 
Bu barədə Ednews-a DİN-in Mətbuat xidmətindən bildirilib
 
Belə ki, iyunun 26-sı saat 20 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İlham Salmanov rayonun işğaldan azad edilmiş Aşağı Seyidəhmədli kəndi ərazisində xidmətdə olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
O, xəstəxanaya yerləşdirilib, ayaq nahiyəsi topuqdan aşağı amputasiya olunub.
 
"Hazırda həyatı üçün təhlükə yoxdur", - DİN-in məlumatında bildirilib.
 
Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...