Bakıda metro yaxınlığında velosipedləri oğurlayan şəxslər tutulub - VİDEO - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Bakıda metro yaxınlığında velosipedləri oğurlayan şəxslər tutulub - VİDEO

Cəmiyyət A- A A+

Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində metronun “28 May” stansiyasının yaxınlığında yerləşən parkinqdən silsilə velosiped oğurluqları edən şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ednews-a verilən xəbərə görə, tədbir zamanı Sərxan Əhmədov və Şahverdi Zeynalov saxlanılaraq məsuliyyətə cəlb olunublar.

Onlar ifadələrində ayrı-ayrı vaxtlarda qeyd edilən ərazidən 5 nəfərin velosipedini oğurlayaraq satdıqlarını bildiriblər.

Hadisələrlə bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsində araşdırmalar aparılır.

Saxlanılan şəxslərin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir. Sərxan Əhmədov və Şahverdi Zeynalovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə məlumat verə bilərlər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...