Azərbaycanda yeni medal təsis edildi - ednews.net

19 Avqust, Cümə

(+994 50) 229-39-11

Azərbaycanda yeni medal təsis edildi

Cəmiyyət A- A A+
Prezident İlham Əliyev “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın əsasnaməsini təsdiq edib. 
 
Ednews xəbər verir ki, əsasnaməyə görə “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər. 
 
Medal aşağadakı xidmətlərə görə veriləcək: 
 
- ətraf mühitin mühafizəsi ilə bağlı mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə; 
 
- ətraf mühitin mühafizəsi ilə bağlı obyektiv informasiyanın yayılmasına və görülən işlərin təbliğinə verilən töhfəyə görə; 
 
- ətraf mühitin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə. 
 
“Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” Azərbaycan medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təltif edilirlər. 
 
Medalın taxılma qaydasına gəlincə, medal döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda, onlardan sonra taxılır. 
 
Dövlət başçısı eyni zamanda “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsvirini də təsdiqləyib. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...