İyunun 28-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 54-nün, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 6-nın açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Ednews-a verilən məlumata görə, axtarışda olan ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.