Diplomatlar və beynəlxalq ekspertlər Həkəri çayına forel balıqları buraxdılar - ednews.net

8 Avqust, Bazar ertəsi

(+994 50) 229-39-11

Diplomatlar və beynəlxalq ekspertlər Həkəri çayına forel balıqları buraxdılar

Cəmiyyət A- A A+
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinin və ekspertlərin Zəngilana səfəri başlayıb.
 
Ednews Report-a istinadən xəbər verir ki, qonaqlar əvvəlcə körpə forelləri Həkəri çayına buraxıblar.
 
Qonaqlara işğal illərində ciddi ziyan dəymiş rayonun ekologiyasının və biomüxtəlifliyinin bərpası istiqamətində görülən işlər barədə məlumat verilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib ki, qızılxallı forel “Qırmızı kitab”a salınıb: “Bugünkü aksiya onların bütün ölkə üzrə sayının artmasına səbəb olacaq”.
 
O bildirib ki, bu gün üç minə yaxın körpə forel Həkəri çayına buraxılacaq: “Bu tədbir artıq ənənə halını alıb”.
 
Onun sözlərinə görə, bu, yerli şəraitə ən çox uyğunlaşan forel növüdür.
 
Diplomatlar və beynəlxalq təşkilatların üzvləri daha sonra Zəngilanda yerləşən Ağalı “ağıllı kəndi” ilə tanış olacaq və burada keçiriləcək “Su ehtiyatlarının dayanıqlı idarə olunması üzrə tərəfdaşlıq və fəaliyyətə dəstək” mövzusunda beynəlxalq konfransda iştirak edəcəklər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...