Ağsuda qadını qəbiristanlıqda öldürüb basdıran şəxsin cinayət işi məhkəməyə göndərildi - ednews.net

7 Avqust,

(+994 50) 229-39-11

Ağsuda qadını qəbiristanlıqda öldürüb basdıran şəxsin cinayət işi məhkəməyə göndərildi

Cəmiyyət A- A A+

Ağsuda qadını qəbiristanlıqda öldürüb basdıran şəxsin cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Ednews-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, 28 yanvar 2017-ci il tarixdə saat 01 radələrində 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə Ağsu rayonun Qaraqaşlı kənd qəbristanlığında aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürmüş, daha sonra saat 22 radələrində meyiti götürüb Baş Şirvan kanalına yaxın ərazidə basdırıb. 19.03.2022-ci il tarixdə Asif Manafova Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...