841 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu - ednews.net

16 Avqust, Çərşənbə axşamı

(+994 50) 229-39-11

841 şəhid ailəsi üzvü və qazi işlə təmin olundu

Cəmiyyət A- A A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə işçilərin əməkhaqqının birgə maliyyələşdirilməsi” proqramı üzrə 2022-ci ilin 6 ayı ərzində 850 işsiz şəxsə iş yerlərinə göndərişlər verilib.
 
300-dən çox namizəd artıq işə qəbul prosesini tamamlayıb.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Ednews-a verilən məlumata görə, proqram üzrə bu ilin ötən dövründə 80-dək, ümumilikdə isə 262 işəgötürənlə əməkdaşlığa başlanılıb və onlarla müqavilələr imzalanıb.
 
Həmin müqavilələr üzrə əsasən şəhid ailəsi üzvləri və qazilərdən ibarət 841 şəxs işlə təmin edilib.
 
İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanıb. Proqram əsasında işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...