“ATƏT-in MİNSK qrupunun üzvləri Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki şeyx nəsurullah obrazı kimi ölü diriltməyə çalışırlar”.
Ednews xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiya iclasında çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, MİNSK qrupunun üzvləri bir növ Ermənistana yardım etməyə çalışır:
“Minsk qrupunun 3 həmsədr dövləti arasında hazırda elan olunmasa belə, müharibə gedir. Belə olan şəraitdə biz niyə onların ədalətini gözləməliyik? Onlar öz aralarındakı münasibətləri düzəltsin, sonra Ermənistan-Azərbaycan münasibəti ilə maraqlansınlar. Bizim onları gözləməyə vaxtımız yoxdur. Bu təşkilat ölüb və fatihəsini oxumaq lazımdır”.