Aqressiyanın yaranma SƏBƏBLƏRİ Niyə cəmiyyət hirsinin qurbanına çevrilir?

Cəmiyyət 20:00 10.07.2022
Son zamanlar cəmiyyətimizdə insanlar arasında aqressiv davranışların sayı xeyli artıb. Bunu istər ictimai nəqliyyatda, istərsə də iş yeri yaxud ailə mühitində görmək olur. Bir neçə il öncə pandemiya səbəbilə tətbiq edilən bəzi məhdudiyyət və karantin rejimləri əsasən aradan qaldırılsa da, aqressiv hərəkətlər azalmayıb ki, əksinə daha da artıb. Son günlər sosial şəbəkələr üzərindən yayılan görüntüləri də buna nümunə gətirmək olar.
 
Məsələ ilə bağlı psixoloq Fərqanə Mehmanqızı Ednews-a bildirib ki, bu gün hər kəs daxili aqressiyadan əziyyət çəkir. 
 
 
“Pandemiyadan öncə mən dəfələrlə bildirmişdim ki, insanlarda aqressiya başlayacaq və məhdudiyyətlər bitdikdən sonra da biz bunun nəticələrini görəcəyik. İndi də insanların daxili aqressiyadan əziyyət çəkməsinə, özünü təsdiq edə bilməməsinə, müəyyən iqtisadi sosial problemlərə şahid oluruq. İstər ictimai mühitdə, istərsə də ailədaxilində özündən zəifə qarşı olan bir duruş və aqressiya var. İntihar da bunun növlərindən biridir”.
 
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə isə, cəmiyyət arasında aqressiyanın artmasına səbəb günü-gündən mürəkkəbləşən proseslərdir. 
 
 
“İndiki cəmiyyət 15-20 il öncəki kimi deyil. Cəmiyyət mürəkkəbləşdikcə, orda həm də həssaslaşma gedir. Aparıcı rolu mənəvi dəyərlər oynayanda rahat bir ünsiyyət yaranır. Bu dəyərlər sıxışdırılanda və maddi dəyərlər önə çıxanda insanlarda bir-birinə qarşı belə soyuq münasibət yaranır. Cəmiyyəti gözəl edən insanların bir-birinə olan sevgi hissi, bəşəri dəyərlərə uyğun hörmət hissi və mədəni davranış olarsa, bu mürəkkəbləşmə o qədər də qorxulu olmaz. Amma indiki zamanda mənəvi dəyərlər aparıcı rol oynamadığı üçün bu hallar baş verir. 
 
Burada pandemiya dövrü də rol oynadı. İnsanlar iki ilə qədər təcrid olundu, görüşmək, salamlaşmaq, bir şənlikdə toplaşmaq mümkün deyildi”.
 
Sosioloqun sözlərinə görə, cəmiyyətdə aqressiv mühitin yaranmasına həm psixoloji, həm iqtisadi, həm də siyasi proseslər təsir edib. 
 
“44 günlük müharibədə torpaqlarımızın böyük bir hissəsini qaytardıq. Bu böyük uğur idi və insanlarda çox müsbət təsir etdi. Amma bu məsələni həll etmədi, çünki insanlar beynəlxalq arenada hansı proseslər getdiyini, güclərin oynadıqları rolları gördü. Bunlar hamısı insanlarda neqativ təsir və münasibət yaradır. 
 
Eyni zamanda cəmiyyətin özündə təbəqələşmə gedir. Azərbaycanda maraqları olan qüvvələr etnik və dini ixtilaf yaratmaqla, Qərb və Şərq dəyərlərlərini qarşı-qarşıya qoymaqla insanlar arasında hörmət və sevgi hisslərini soyudurlar. Ona görə insanlarda həm özünə qapanma, həm də başqalarına qarşı bir etinasızlıq var və nəticədə belə bir aqressiya yaranıb”.
 
Gülnar Səlimova
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

"Peyğəmbərimizi təhqir edənlər cavab verəcəklər"
19:33 01.07.2025
Volodimir Zelenski İlham Əliyevə zəng edib
19:16 01.07.2025
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
18:58 01.07.2025
Ruben Vardanyanın məhkəməsi davam edir
18:37 01.07.2025
Ukrayna Rusiyanın İjevsk şəhərinə zərbə endirib
18:25 01.07.2025
Azərbaycan MDB-dən çıxa bilər? -Ekspert danışdı
17:45 01.07.2025
BAMF QHT-lər üçün silsilə təlimlərə start verdi
17:23 01.07.2025
Marko Rubio USAID-in ləğv olunduğunu elan etdi
17:08 01.07.2025
"Qalatasaray" Hakan Çalhanoğlunun transferi üçün yenidən "İnter"lə görüşəcək
16:25 01.07.2025
AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub?
16:15 01.07.2025
"DOGE Maska qarşı tədbirlər görə bilər"
15:46 01.07.2025
Rusiyada “Su-27” qırıcısı qəzaya uğrayıb
15:31 01.07.2025
Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün beynəlxalq maliyyələşdirmənin artırılmasına çağırıb
15:16 01.07.2025
Bakıda Rusiya vətəndaşlarından ibarət mütəşəkkil dəstələr ələ keçdi
15:01 01.07.2025
Ötən ay 6600 hektardan çox ərazi minalardan təmizlənib
14:48 01.07.2025
Yaponiya 5,5 min km dərinlikdən nadir torpaq minerallarının hasilatına başlayacaq
14:21 01.07.2025
“Sputnik Azərbaycan” işinə görə 7 nəfər saxlanıldı
14:09 01.07.2025
III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
13:31 01.07.2025
Rusdilli məktəblər bağlanır?
13:16 01.07.2025
Gələn ildən D-8 ölkələri tələbə mübadiləsi həyata keçirəcək
12:57 01.07.2025
Avropa sülhü parçalanırmı? -Analitik Baxış
12:20 01.07.2025
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu
12:05 01.07.2025
Avro 2 manatı keçdi
11:41 01.07.2025
Pezeşkian Xankəndiyə gələcək
11:26 01.07.2025
"ABŞ danışıqların bərpası üçün hərbi təhdidləri dayandırmalıdır"
11:11 01.07.2025
Yekaterinburq şəhərində qətlə yetirilən qardaşların dəfn mərasimi keçirilir
10:56 01.07.2025
ABŞ İsrailə yarım milyard dollarlıq sursat satacaq
10:41 01.07.2025
"Hamını elektrik avtomobil almağa məcbur etmək olmaz"
10:16 01.07.2025
"Cənubi Qafqazda sülh üçün dünya ictimaiyyətinin dəstəyi lazımdır"
10:02 01.07.2025
"Qarabağ"ın rəqiblərindən biri məlum oldu
09:45 01.07.2025
Türkiyə Bosfor və Dardanel boğazlarından gəmilərin tranziti üçün rüsumları artırıb
09:30 01.07.2025
ABŞ Rusiyanı Ukraynada dərhal atəşkəsə çağırdı
09:15 01.07.2025
Hissələr arasında fasilənin müddəti artırıla bilər
09:03 01.07.2025
Fransada mer və həyat yoldaşı saxlanıldı
08:33 01.07.2025
"Hökümətə dua edin"
08:18 01.07.2025
Hindistanda kimyəvi zavodda partlayış baş verib
08:03 01.07.2025
Qazaxıstanda niqab qadağan edildi
07:41 01.07.2025
Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq
07:28 01.07.2025
Anormal istilər Fransanı iflic edir -qırmızı xəbərdarlıq elan olundu
06:55 01.07.2025
Təyyarə bileti almamaq üçün 8 avtomobil qaçırdı
06:23 01.07.2025
Hamısı