Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkələrdə maraqlı vəziyyəti ilə müzakirələrə səbəb olub.
Ednews xəbər verir ki, millət vəkili Prezident İlham Əliyevə ünvanladığı təbrikdə bayramların yerini səhv salıb.
O, Qurban bayramı olduğu halda dövlət başçısını Ramazan bayramı münasibətilə təbrik edib.
Yüzlərlə insan onun təbrikinə şərh yazaraq, deputata irad bildirib.