“Namaz, qurban, kəbin, cənazə duaları öz dilimizdə oxuna bilər” Tural İrfan

Cəmiyyət 12:12 11.07.2022
Görkəmli ədibimiz Cəlil Məmmədquluzadə hələ bir əsr bundan öncə “Dirisi ilə rusca, ölüsü ilə ərəbcə danışan zavallı xalqım mənim!” - deyib xalqını cəhalətin yaxasından xilas olmağa çağırmışdı. 
 
Dinimizdə duaların öz dilimizdə oxunması məsələsi zaman-zaman ortaya atılıb. Bu, bir çox hallarda duaların mənasını bilməməklə, eyni zamanda ana dilinin qorunması baxımdan təklif edilib. 
 
İslam dini Ərəbistanda yaransa da, geniş bir coğrafiyaya yayılıb. O zaman müsəlmanın duanı orijinalda, yəni ərəbcə oxuması mütləqdirmi?
 
İlahiyyatçı alim Tural İrfan Ednews-a bildirib ki, indiyəcən mollalar duaları elə qələmə veriblər ki, sanki duanı Azərbaycan dilində oxusaq qəbul olunmayacaq. 
 
 
“Sanki Allaha dua etmək üçün yalnız ruhani, molla olmalıdır. Bu, tam yanlış və ruhani təbəqəsinin avam insanları istismar etmək üçün qondarma fikridir. Əslində İslam dininə görə Allah alimdir, hikmətlidir, qeybi biləndir. Ona üz tutan, dua edən hər kəsi eşidir, anlayır. Allahın milləti, cinsi yoxdur. O nə ərəbdir, nə də farsdır. O, insanlara şah damarından daha yaxındır. Yəni, ona dua edən, istənilən dildə ona üz tutan hər kəsin səsini eşidir. Ərəbcə dua etməyə ehtiyac yoxdur. Onsuz da ərəbcə oxunan duaları çox zaman oxuyanın özü də başa düşmür. Süfrə, qəbristan, ziyarət ümumiyyətlə hər hansı dua öz dilimizdə oxunmalıdır”. 
 
Tural İrfan namaz barədə isə bildirib ki, namaz dua deyil, ibadətdir. İbadətin isə orijinallığı qorunmalıdır. 
 
“Namazın beynəlxalq əhəmiyyəti var. Onu hərə öz dilində qılsa qarğa bazarı olar. Namaz cəm halda qılınır. Tutaq ki, başda namaza rəhbərlik edən yapondur, camaatın da yarısı türk, kürd, fars, ərəb və digər millətlərin nümayəndələridir. Təsəvvür edin nə alınar? Lakin bununla yanaşı namazı da öz dilində qılmağa icazə verilir. Böyük məzhəb imamlarından Əbu Hənifə namazı ərəb dilini tələffüz edə bilməyən, yaxud dilinə yatmayan insanlar üçün öz dilində qılmağa icazə verib. Ümumiyyətlə bütün məzhəblərin alimləri öyrənməkdə çətinlik çəkənlərə icazə verir ki, ibadətlərini ya kitabdan, ya da öz dillərində qılsınlar. Namazın müxtəlif hissələri var. Məsələn, namazın qunut deyilən hissəsi var ki, o namazın müstəhəb hissəsinə aiddir. Həmin hissədə insan istəsə bir saat öz dilində Allaha dua edə bilər. Heç bir problem yoxdur”. 
 
O qeyd edib ki, namaz və dualar öz dilimizdə oxuna bilər. 
 
“Kəbin kəsmək üçün bir, iki dua oxunur. Onun ərəbcə deyilməsi vacib deyil. Ruhanilər pul almaq, qazanc götürmək üçün elə qələmə veriblər ki, sanki belə dualar yalnız ərəbcə oxunmalıdır, onu da yalnız ruhani edə bilər. Yəni, müsəlmanlar məcbur qalıb onlara müraciət etsinlər. Halbuki elə bir şey yoxdur.  Allah bütün bəndələrini eşidir və dualarını, hansı dildə olmasından asılı olmayaraq qəbul edir”.
 
Gülnar Səlimova
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
Xocalı qatili Vitali Balasanyan da təxribatçı keşişə qatıldı
17:03 08.05.2024
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
Boing-767 təyyarəsi İstanbula qəza enişi edib - VİDEO
17:00 08.05.2024
Bolqarıstan Prezidenti Bakıda şəhidlərin xatirəsini andı
16:49 08.05.2024
Hamısı