Paytaxtın Səbail rayonu, Nizami (Torqovı) küçəsindəki kanalizasiya quyularından birində baş vermiş tüstüləmə ilə əlaqədar polis əməkdaşları vətəndaşları təhlükəsiz əraziyə təxliyə edib.
Bu barədə Ednews-a Daxili İşlər Nazirliyindən bildirilib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını dəvət ediblər.
“Partlayış nəticəsində quyuların birindəki yeraltı kommunikasiya xəttində yanğın baş verib”.
Ednews xəbər verir ki, bunu jurnalistlərə Dövlət Yanğından Mühafizə Xidmətinin Səbail rayon hissəsinin rəisi Etibar Nəsirov bildirib.
O, əlavə edib ki, yanğın artıq söndürülüb.
Qeyd edək ki, hadisə baş verən küçənin bəzi hissələrinə elektrik verilişi dayandırılıb.