Xəzər dənizində faciə yaşanıb.
Ednews xəbər verir ki, hadisə Qaradağ rayonu, Daşgil qəsəbəsi ərazisində qeydə alınıb. Qayıq sürən paytaxt sakini, 15 yaşlı Əmirxan Şahbazlı dəhşətli hadisənin qurbanı olub.
Bildirilir ki, yeniyetmə qəflətən qayıqdan suya yıxılıb. Nəticədə o boğularaq ölüb.
Axtarış tədbirləri nəticəsində Ə.Şahbazlının meyiti sudan çıxarılaraq, ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.