Gürcüstanda təlim-məşq toplanışını davam etdirən "Turan Tovuz"un yoxlama oyunlarındakı rəqibləri bəlli olub.
Ednews klubdan verilən məlumata istinadən xəbər verir ki, bölgə komandası Tbilisini təmsil edən "Merani", "Dinamo" və "Qaqra" ilə qarşılaşacaq.
Görüşlər müvafiq olaraq, iyulun 23-də, 27-də və 29-da olacaq.
Qeyd edək ki, "Turan Tovuz" 2022/2023 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.