Hacıqabul-Muğan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ednews xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, qarpız-yemiş daşıyan “Ford” markalı yük avtomobili qəzaya uğrayıb. Qəza zamanı tamamilə yararsız vəziyyətə düşən maşının sürücüsü nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.
Hadisə şahidləri sürücünü avtomobildən xilas etməyə çalışıblar.