Avqustun 31-dən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC CDMA texnologiyasının köhnəlməsi və istifadəçi tələbatının minimuma enməsilə bağlı olaraq xidməti dayandırır.
Ednews xəbər verir ki, bu barəıdə “Aztelekom” məlumat yayıb.
Bildirilir ki, əvəzində CDMA istifadəçilərinə texniki imkanın olduğu istənilən ərazidə telefoniya xidməti təmin ediləcək.
GPON texnologiyasına qoşulmanın mümkünlüyünü yoxlamaq üçün: //aztelekom.az/qoshulmani-yoxla
Yeni xidmətə qoşulmaq üçün: //aztelekom.az/az/connect