Mərkəzi Gömrük Hospitalının tibb personalı üçün “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” mövzusunda tədbir keçirildi

Cəmiyyət 09:16 31.07.2022

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və “İnkişafa Doğru Qadın Təşəbbüsü” İB-nin birgə əməkdaşlığı ilə “Səhiyyədə ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” mövzusunda tədbir keçirilib. Mərkəzi Gömrük Hospitalının tibb personalı üçün təşkil olunan tədbir USAID-in “Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti” (ECSOFT) layihəsi çərçivəsində həyata keçirilən “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” adlı layihədəki fəaliyyətlər çərçivəsində baş tutub.
Ednews xəbər verir ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent İsmayıl Əfəndiyev səhiyyə sahəsində ictimai iştirakçılığın əhəmiyyətini vurğulayıb və dövlət qurumları ilə qeyri-hökumət təşkilatlarının mümkün əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib.
ECSOFT layihəsinin nümayəndəsi Hamlet Babayev QHT-lər və dövlət qurumlarının bu sahədə apardığı səmərəli işlərin əhəmiyyətini vurğulayaraq, bu kimi əməkdaşlığın nəticəsi kimi layihə çərçivəsində keçirilən müxtəlif tədbirlər və fəaliyyətlər barədə ətraflı məlumat verib.
“İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri, “Səhiyyə sahəsində ictimai iştirakçılıq təşəbbüslərinin təbliği” layihəsinin rəhbəri Ziba Nəbiyeva icra olunan layihənin “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda qeyd olunan ictimai şuralarla bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi, onların əhəmiyyətinin artırılması müddəalarına dəstək olaraq həyata keçirildiyini bildirib: “Bu layihənin əsas məqsədi səhiyyə sahəsində fəaliyyət göstərən QHT-lər ilə səhiyyə mütəxəssisləri arasında ictimai iştirakçılığın qanunvericilik bazasının təbliği və qeyd edilən istiqamətdə potensiallarının gücləndirilməsi, onların ictimai şuralarda təmsilçiliyinin təşviq edilməsi və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanmasıdır”. O, layihə çərçivəsində peşəkar assosiasiyalar və pasiyent təşkilatlarının nümayəndələri ilə əlaqə saxlanıldığını, onların ictimai iştirakçılıq prosesi barədə məlumatlılığını, ictimai şuralarda təmsil olunmaq maraqlarının dinlənildiyini və mövzu üzrə geniş maarifləndirilmə həyata keçirildiyini bildirib. Eyni zamanda, Ziba Nəbiyeva bu fəaliyyətlərin davamı olaraq, feysbuk sosial şəbəkəsində QHT-lərin bir-birini daha yaxından tanıması və əməkdaşlıq etməsi imkanlarının artırılması üçün “İctimai səhiyyə üzrə əməkdaşlıq Platforması” adlı qrup yaradıldığını qeyd edib. Layihənin növbəti mərhələsində ictimai şuraların fəaliyyətinin, keçirilən seçkilərin şəffaflığının dəyərləndirilməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatları arasında sorğu aparılıb və nəticələr əsasında tövsiyələr hazırlanıb. Daha sonra səhiyyə ocaqlarında dövlət qurum nümayəndələri, səhiyyəyönümlü ictimai birliklər və tibb işçilərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilib. Ümumilikdə, layihədən bəhrələnənlərin sayı 200 nəfəri əhatə edib.
Tədbir zamanı “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev geniş təqdimatla çıxış edərək, ictimai iştirakçılığın əsas dəyərləri, onun məqsəd və formaları, ictimai şuraların formalaşması yolları, onların hüquq və vəzifələri, seçkilər prosesi və digər məsələlər barədə ətraflı məlumat verib.


Tədbirdə “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri Ziba Nəbiyeva da səhiyyədə ictimai iştirakçılıq alətlərinin tətbiqi barədə təqdimatla çıxış edib. O, praktik nümunələr vasitəsilə ictimai iştirakçılığın formaları olan ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai şuralardan faydalanmaq yollarını, onların təsiretmə mexanizmini izah edib.


Sonda tibb işçiləri tərəfindən verilən suallar cavablandırılıb

Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO

Xəbər xətti

Mehriban Əliyevadan Faşizm üzərində Qələbə Günü ilə bağlı PAYLAŞIM
09:30 09.05.2024
Diabet xəstələri üçün olan qidalar niyə bahadır?
09:15 09.05.2024
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
Ukraynada məhbuslar da səfərbərliyə CƏLB OLUNACAQLAR
09:00 09.05.2024
Qubada çörək sexində yanğın olub
06:40 09.05.2024
Lukaşenko: “Afrika Qərb müstəmləkəçiliyindən bezib, bizə ehtiyacı var”
05:15 09.05.2024
Biləsuvarda Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konserti olub
04:54 09.05.2024
UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib
03:52 09.05.2024
KİV: Ermənistan KTMT üzvü olaraq qalır
02:11 09.05.2024
"Real" "Bayer 04" klubunun futbolçusunu transfer etmək istəyir
01:22 09.05.2024
9 May - Faşizm üzərində Qələbə günüdür
00:01 09.05.2024
Elçin Əmirbəyov BMT Baş katibinin köməkçisi ilə COP29-u müzakirə edib
23:55 08.05.2024
Azərbaycan və Türkiyənin təhsil nazirləri əməkdaşlığı müzakirə ediblər
23:29 08.05.2024
Azərbaycanla Türkiyə arasında iqtisadi sahədə 120 maddəlik fəaliyyət planı qəbul edilib
22:53 08.05.2024
Hikmət Hacıyev və BMT Baş katibinin köməkçisi iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyəti müzakirə edib
22:46 08.05.2024
İsrailli diplomat: Azərbaycanda yəhudilərin azadlıq və bərabərliyini görmək ürəkaçandır
22:43 08.05.2024
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
Ramzan Kadırov öz gücünü belə göstərir - VİDEO
22:32 08.05.2024
Türkiyə səfiri Rəsulzadə adına liseyin şagirdlərini qəbul edib
22:22 08.05.2024
Paşinyan AİB-ni birlik ölkələrinin milli maraqlarını nəzərə almağa çağırıb
22:00 08.05.2024
Aİ səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin müsadirə edilməsi barədə qərar qəbul edib
21:44 08.05.2024
Ermənistanın Ombudsman Aparatı İrəvandakı mitinqlə əlaqədar fövqəladə rejimdə işləyəcək
21:20 08.05.2024
“Le Figaro”: Azərbaycan-Ermənistan sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər
21:10 08.05.2024
Hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxsin məhkəməsi başlayır
21:00 08.05.2024
Bakıda və rayonlarda intensiv yağış yağıb, temperatur aşağı düşüb - FAKTİKİ HAVA
20:50 08.05.2024
Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırıldı - SƏBƏB
20:40 08.05.2024
Ərdoğan: Bakı ilə İrəvan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır
20:32 08.05.2024
Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb
20:24 08.05.2024
Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb
20:20 08.05.2024
ABŞ-nin Ermənistandakı səfiri İrəvanla Bakı arasında razılaşmanı dəstəkləyib
20:11 08.05.2024
Biləsuvarda yol qəzası olub, xəsarət alanlar var
20:00 08.05.2024
Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər
19:50 08.05.2024
Ceyhun Bayramov İsrail diplomatı ilə post-münaqişə dövründə regionda mövcud vəziyyət barədə danışıb
19:47 08.05.2024
Türkiyə-Azərbaycan biznes forumu başlayıb
19:30 08.05.2024
Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb
19:15 08.05.2024
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
19:00 08.05.2024
ASK və Bolqarıstan Sənaye Kapitalı Assosiasiyası Anlaşma Memorandumu imzalayıb
18:36 08.05.2024
MDB ölkələrinin səfirləri Bakıda “Qardaşlıq məzarlığı” Memorial kompleksi önünə gül dəstələri qoyub
18:24 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
18:17 08.05.2024
Ərdoğan Əli Əsədovu qəbul etdi
17:45 08.05.2024
İlham Əliyev İsmail Serageldini təltif etdi
17:32 08.05.2024
XƏBƏRDARLIQ: Dolu düşəcək, bəzi ərazilərə sulu qar yağacaq
17:10 08.05.2024
Hamısı