Füzulidə minaya düşən yerli minatəmizləmə şirkətinin əməkdaşlarının səhhəti ilə bağlı məlumat açıqlanıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Füzuli Rayon Mərkəzi Xəstəxanası yayıb.
Mənbə qeyd edir ki, Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşən minatəmizləmə işləri ilə məşğul olan şirkətin 3 əməkdaşı aldığı xəsarətlərlə bağlı olaraq saat 10:48 radələrində təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib:
"1991-ci il təvəllüdlü Rövşən Əlizadə sağ qolun qəlpə yarası, 1990-cı il təvəllüdlü Yadigar Şükürov barotravma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
1976-cı il təvəllüdlü Qılman Hüseynovun sağ ayağı amputasiya olunub. Apa.az-ın məlumatına görə, hal-hazırda hər üçünün vəziyyəti orta ağır qiymətləndirilir”.